Biz niyə adi kağızı xarici ölkələrdən ALMALIYIQ?

biz-niye-adi-kagizi-xarici-olkelerden-almaliyiq-1744963705
|
|

Müasir dünyada kağız, təhsil, informasiya, kommunikasiya və sənaye səhalərinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Buna baxmayaraq, təbii sərvətlərlə zəngin olan Azərbaycan Respublikasında kağız istehsalı sahəsi kifayət qədər inkişaf etməmiş və ya demək olar ki, mövcud deyil. Bu vəziyyətin yaranmasının əsas səbəbləri arasında xammal çatışmazlığı, texnoloji infrastrukturun yetərsizliyi və iqtisadi səmərəliliyin aşağı olması göstərilə bilər. Kağız məhsullarına olan tələbatın böyük hissəsinin idxal hesabına ödənilməsi ölkə üçün həm iqtisadi asılılıq yaradır, həm də valyuta itkisinə səbəb olur. Məhz bu səbəbdən Azərbaycanda kağız istehsalının olmaması problemi diqqətəlayiq bir mövzu kimi ön plana çıxır və daha dərindən araşdırılmağa ehtiyac duyur. Azərbaycanda kağız istehsalı niyə yoxdur? Ümumi yüngül sənaye ölkəmizdə niyə zəif inkişaf edir?





Mövzuyla bağlı İqtisadçı Akif Nəsirli REFERANS-ın suallarını cavablandırıb: İlk olaraq Akif Nəsirli bildirib ki, ümumiyyətlə yüngül sənayenin inkişafı üçün Aəzrbaycanda stimullaşdırma aparmaq lazımdır. Çünki yüngül sənayenin müvafiq xammalı bizdə o qədər də geniş deyil. Məsələn, yüngül sənayesi inkişafı üçün parça istehsalı inkişaf etməlidir. Bu da demək olar ki, bizim ölkədə keyfiyyətli pambıq əmələ gəlmir və bu istiqamətdə müəyyən yönəlmə olmalıdır. Lakin bu yönəltmə, stimullaşdırma yoxdur. Həm də Azərbaycanda sahibkarın gedib hansısa işlə məşğul olması yoxdur. Ona görə də hökumət bu istiqamətdə dəstək verməlidir ki, ölkə inkişaf etsin.   



Daha sonra həmsöhbətimiz vurğulayıb ki, bu gün ki, sənayenin kağız bölməsinə gəldikdə isə deyə bilərik ki, bizdə o qədər meşə ehtiyatı yoxdur ki, kağız istehsalı üçün istifadə edək. Kağız istehsalı üçün meşə materialı lazımdır və bu meşə materialı da məhdud olmamalı və yeni geniş ərazilərdə olan meşələr olmalıdır. Məsələn Rusiya və Tayqanın meşələri kimi meşələr olmalıdır.


"Hər ağacdan kağız da düzəltmək olmur. Ona görə də adətən bu sənaye geniş ərazilərə malik meşəsi olan ölkələrdə inkişaf edir.  Təssüflər ki, Azərbaycanda bu sahənin inkişafına şərait yoxdur", - deyə ekspert əlavə edib.


Ləman Xalıqova

Referans