Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

1745227844
|
|

Son günlərdə Türk dövlətləri yeni qərarlar qəbul edib. Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan rəsmən Cənubi Kipri tanıyıb. Onları buna vadar edən əsas məsələ nədir ? Bu tanınma Şimali Kipr üçün nələr doğuracaq? Azərbaycanın bu məsələdə mövqeyi tam olaraq nə yerdədir ?


Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Referans-a bildirib ki, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan birgə Avropa İttifaqı ilə bir anlaşma imzalayaraq Avropa İttifaqının təxminən 12 milyard dollarlıq 10 il ərzində bir yatırım, yəni investisiya layihələrini Orta Asiyaya tətbiq etmək istəyirlər. Bunun üçün Avropa İttifaqı onlara şərt qoyub ki, siz Cənubi Kipri müstəqil respublika kimi tanıyacaqsınız və diplomatik əlaqə quracaqsınız. Burada da Avropa İttifaqının anlaşmaları və BMT-nin qərarları var. Onların imzalanması bir növ Türkiyəni işğalçı kimi göstərmək, Cənubi Kipri bütün Kipr adasında vahid dövlət kimi tanımaq anlamını daşıyır. Düzdür, səfirliyin təyin olunması məsələsi də var, amma bu imzalanma hələ tam olaraq parlamentlərin də ratifikasiya olunub olunmayacağı məsələsini açıq buraxır. Məsələ burasındadır ki, Türkiyə ilə bu cür sıx əlaqəsinin olduğu bir vaxtda Orta Asiya ölkələri birdən-birə belə qərarı verə bilməz deyə müsahibimiz əlavə edib.



Siyasi şərhçi hesab edir ki, bu məsələdən Türkiyənin təbii ki, xəbəri var. Ola bilər ki, bu strateji bir addımdır və bu müəyyən mənada tərəfləri bir siyasi oyunları təşkil etməkdə istifadə etməyə çalışırlar. Daha geniş planda baxanda həmin ölkələri siyasi mövqe olaraq biraz da aralıq dənizinə yaxınlaşdırırlar. Biz baş verənləri sırf neqativ hal kimi görməyək. Bunu arxasında müsbət addım da ola bilər.



"Azərbaycana gəldikdə isə, Azərbaycan bu məsələdə qəti bir mövqe ortaya qoyub. Birmənalı şəkildə Şimali Kiprə qarşı hər hansı bir mövqeyini dəyişməyib. Şimali Kiprin yunan Kiprinə aid olmadığını və yunan Kiprini orada müstəqil dövlət kimi tanımadığını başdan bəri elan edibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də açıqlamalarında bu aydın şəkildə göründü. Azərbaycanın mövqeyi dəyişmir, Şimali Kiprin, Türkiyənin yanındadır. Onların mövqeyini dəstəkləyir", - deyə siyasi şərhçi qeyd edib.


Şahverdiyeva

Elena Referans