Azərbaycanda sahibkarlara ŞAD XƏBƏR - 7 il...

Kiçik və orta biznesin (KOB) inkişafı hər bir ölkənin iqtisadi dayanıqlığının və sosial rifahının əsas sütunlarından biri hesab olunur. Son illərdə bu sahəyə dövlət tərəfindən xüsusi diqqət göstərilir və sahibkarlığın stimullaşdırılması məqsədilə bir sıra güzəştli şərtlərin tətbiqi nəzərdə tutulur. Bu güzəştlər, əsasən, vergi siyasətində sadələşdirmə, maliyyə dəstəyi alətlərinin artırılması, kreditlərə çıxış imkanlarının genişləndirilməsi və inzibati yükün azaldılması kimi istiqamətləri əhatə edir. Belə təşviqedici tədbirlər KOB-ların fəaliyyətini daha əlçatan, rəqabətqabiliyyətli və davamlı etmək məqsədi daşıyır.
Kiçik və orta sahibkarlar üçün hansı güzəştli imkanların tətbiqi gözlənilir? Mövzuyla bağlı iqtisadçı Eldəniz Əmirov REFERANS-ın suallarını cavablandırıb. İqtisadçı bildirib ki, ümumiyyətlə kiçik və orta biznesin inkişafı ilə bağlı Azərbaycanda artıq uzun illərdir ki, müxtəlif güzəşt mexanizmləri mövcuddur. Bu mexanizmlər ki, orta biznesin inkişafı agentliyi tərəfindən, sahibkarlığın inkişafı fondu eyni zamanda digər dövlət qurumları tərəfindən həyata keçirilir.
Ekspert deyib ki, ölkədə startap fəaliyyətinin təşviq olunması üçün KOBİA ( Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ) tərəfindən şəhadətnamə verilir. Bu şəhadətnaməni almış startaplar 3 il müddətinə innovasiya fəaliyyətindən əldə edilmiş gəlirləri vergidən azad olunur. Hansı ki, indiyə qədər iki yüzdən çox sahibkar bu şəhadətnaməni əldə etmişdir. Eyni zamanda KOBİA tərəfindən KOB-lar üçün təhsil, elm, tətqiqat və dəstək layihələrindən qrant ayrılır. Bu günə qədər ortalama 2 milyon manata yaxın qrant vəsaiti təxminən 100 ətrafında layihə təklif olunmuşdur və hazırdada sahibkarlarımız bu layihə və qrantlar üçün müraciət eliyə bilərlər.
Eldəniz Əmirov eyni zamanda onu da diqqətə çatdırıb ki, KOBİA ( Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ) tərəfindən bilavasitə göstərilən xidmət sahələri həddindən artıq genişdir. Bunlarda birini biz bilavasitə KOB klasyerləri vasitəsilə sahibkarların yaranma imkanlarını qeyd edə bilərik. Çünki məhz bu klasterlər sahibkarlar üçün əlavə güzəşt verir. Belə ki, klasterləşmə təşəbbüsü olan sahibkarlar vergi güzəştlərindən yararlana bilərlər.
Müsahibimiz həmçinin bildirib ki, məhz KOBİA ( Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ) tərəfindən göstərilən müxtəlif xidmət və dəstəklərdən yararlana bilərlər. KOBİA ( Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ) tərəfindən verilən KOB klaster şəhadətnaməsi almış sahibkarlarda 7 il müddətində mənfəət və gəlir vergisindən azad olunurlar. Torpaq və əmlak vergisindən azad olunurlar.
"Bundan əlavə olaraq "Sahibkarların İnkişafı Fondu" tərəfindən də güzəştli kreditlər bu qəbildən olan sahibkarlarımıza verilməkdədir",- deyə ekspert əlavə edib.
Ləman Xalıqova
Referans