İstanbulda 7-ci zəlzələ oldu: Bina uçdu, Yaralı var - Anbaan görüntülər

İstanbulda 5.9 maqnitudalı daha bir zəlzələ baş verdi.
Bu ardıcıl olaraq 7-ci zəlzələdir.
15:05
AFAD: İstanbulda 4,8 bal gücündə bir zəlzələ daha baş verdi.
14:55
Fatihdə 3 mərtəbəli köhnə bina çökdü.
14:41
İstanbulda 4.5 maqnitudalı daha bir zəlzələ baş verib.
14:26
TGRT yayım şirkəti bildirir ki, Türkiyədəki bayram günündə baş verən zəlzələ nəticəsində bir nəfər balkondan tullandığı üçün yaralanıb.
14:22
Ərdoğan: Prosesləri izləyirik, millətimizə keçmiş olsun.
İstanbulda 4,4 bal gücündə növbəti zəlzələ baş verdi.
Professor Doktor Naci Görür zəlzələnin Kumburqaz xəttində baş verək və enerji topladığını ifadə edib. O, insanları diqqətli olmağa və ehtiyatlı davranmağa çağırıb.
14:10
Xəbərə video əavə olunub.
İstanbulda güclü zəlzələ qeydə alınıb.
Silivri sahillərində 4 ballıq zəlzələnin ardından İstanbulda 6.2 böyüklüyündə zəlzələ baş verib. Zəlzələ ətraf ərazilərdə də hiss olunub.
--------
13:26
İstanbulda zəlzələ qeydə alınıb.
Zəlzələnin hiss olunduğu bildirilir və əhalidə narahatlıq doğurub.
AFAD-ın verdiyi açıqlamaya görə, Silivri bölgəsində, Mərmərə dənizinin sahillərində 3.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin saat 12:13-də baş verdiyi və dərinliyinin 6.99 km olduğu ölçülüb. Kandilli Rəsədxanasının son paylaşımına əsasən, zəlzələnin gücü 4.0 olaraq açıqlanıb. Zəlzələ ətraf ərazilərdə də hiss olunub.