Hərbi xidmətdən möhlət hüququ almaq istəyənlərə VACİB XƏBƏR: "Bu halda..." 

herbi-xidmetden-mohlet-huququ-almaq-isteyenlere-vacib-xeber-bu-haldanbsp-1745415297
|
|

  “Azərbaycanda doktorantura təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verilir. Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa əsasən, ali təhsil müəssisələrində və elmi müəssisələrdə doktorantura pilləsi üzrə təhsil alan şəxslərə, təhsil müddəti ərzində çağırışdan möhlət verilir.”

Bu fikirləri KONKRET.az-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

“Bu möhlət yalnız rəsmi qeydiyyata alınmış və faktiki olaraq təhsil alan doktorantlara şamil olunur. Azərbaycan Respublikasında doktorantura təhsili alanlara verilən möhlət (hərbi xidmətdən möhlət) məsələsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla tənzimlənir.”

O, qeyd edib ki, doktrantura təhsili üçün 3 il möhlət hüququ verilir.

“Əgər doktorantura təhsil müddəti uzadılırsa (məsələn, dissertasiya işinə görə), əlavə müddət üçün möhlət avtomatik verilmir. Vətəndaş doktrantura təhsilini dondurub, hərbi xidmətinə bir il müddətinə yola düşəcək. Çünki həmin şəxslər ali təhsilli hesab olunur.“