Azərbaycan Qazaxıstandakı beynəlxalq sərgidə təmsil olunur - FOTOLAR

24.04.2025
-
00:10
|
|
Azərbaycan bu gün Qazaxıstanda açılışı olan "KITF 2025" beynəlxalq turizm sərgisində iştirak edir.
Referans xəbər verir ki, məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyi yayıb.
Qeyd edək ki, Almatı şəhərində keçirilən beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı 108 kvadratmetrlik pavilyonda nümayiş etdirilir.
Aprelin 23-dən 25-dək davam edəcək sərgidə Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun və yerli turizm sənayesinin nümayəndələri iştirak edir.
Sərginin ilk günündə ölkəmizin zəngin turizm potensialı, Azərbaycanın təbiəti, müalicəvi kurort və sanatoriyalar, mədəni və tarixi memarlıq abidələri, milli mətbəximiz, mehmanxanalar, həmçinin digər turizm obyektləri haqqında məlumat verilib.