İstefa verən Mədət Quliyev kimdir? - FOTOLAR 

istefa-veren-medet-quliyev-kimdir-fotolarnbsp-1745473627
|
|
Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti vəzifəsindən istefa verib.


"Referans" Teleqraf-a istinadən M.Quliyevin həyat və fəaliyyəti barədə qısa arayışı təqdim edir:

Mədət Qəzənfər oğlu Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində anadan olub.

1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Elmi Tədqiqat İnstitutunda texnik-mexanik işləyib.

1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

Bakupost.az

1980-ci ildə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi işləyib.


1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.


1982-1983-cü illərdə Gəncə şəhərində “Dinamo” İdman Cəmiyyətində məşqçi-təlimatçı, 1983-1984-cü illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin Kadrlar bölməsində fiziki və atəş üzrə inspektor,1984-1991-ci illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin “Dinamo” İdman Cəmiyyətinin sədr müavini, 1991-1993-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili işləyib.


1993-cü ildə Gəncə şəhər Polis İdarəsinin Terrorizmlə və banditizmlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, rəis müavini, 1993-1994-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin Banditizimə qarşı mübarizə bölməsinin baş əməliyyat müvəkkili, rəisi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin regional şöbəsinin rəisi, 1995-1996-cı illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi işləyib.

Bakupost.az

2002-2004-cü illərdə AR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə AR Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

2011-2015-ci illərdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi olub.
2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini işləyib və nazir vəzifəsini icra edib.

Bakupost.az2015-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

26 noyabr 2021-ci ildə Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib.

Rus, ingilis, alman və türk dillərini bilir.

Ailəlidir. Dörd övladı var.
Cinayətkarlığa qarşı mübarizə zamanı iki dəfə yaralanıb.

Bakupost.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən 2014-cü ildə III dərəcəli Vətənə xidmətə görə və 2018-ci ildə II dərəcəli Vətənə xidmətə görə ordenləri ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə polis general-mayoru, 2012-ci ildə ədliyyə general-leytenantı və 2018-ci ildə general-polkovnik ali hərbi rütbələri verilib.