Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - BU YOLLA RƏSMİLƏŞƏCƏK

1745501296
|
|

Bir çox yeni tikililərdən mənzil alan bəzi vətəndaşlar illərdir ki, mənzilə dair rəsmi sənədləri əldə edə bilmirlər. Buna görə də vətəndaş rəsmi olaraq daşınmaz əmlak sahibi sayılmır. Bu problemin həlli üçün vətəndaşların hüquqları necə qorunur.


Belə hallarda vətəndaşlar nə etməlidir? Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Referans-a bildirib ki, bu istiqamətdə bəli maraqlar çoxdur. Bəzi binalarda bu proses uzanır. Bəzilərində isə ümumiyyətlə baş tutmur. Baş tutmayan binaların sayı 71 binadır. Hansılar ki, uzun müddətdir yaşayış var və həmin binalar Fövqaladə Hallar Nazirliyi tərəfindən istismara qəbul sənədlərini ala bilmədiyindən çıxarışla təmin ola bilmirlər.




Ekspert qeyd edib ki, bu məsələdə müxtəlif problemlər var. Ələxsus bu problemlər layihədən qırağa çıxma, vergi ödəməmələri, digər hüquqi sənədlərin olmaması, tamamlanmayan inşaat işləri və s. əsas məsələlər bunlardır. Düzdür bu ona dəlalət gətirmir ki, həmin binalar əsaslı və yaxud da az əsaslı şəkildə istismara qəbul olmamalıdır. Hər hansı bir sənədin çatışmazlığı əslində aradan qaldırılan məsələdir. Amma layihədən kənarlaşma və əlavə sahələrin inşa olunması, yaşayış üçün təhlükə, digər riskli tərəflər olmasa mən hesab edirəm ki, həmin binalar istismara qəbul olmalıdır və bu istiqamətdə hökümət tərəfindən hər hansı bir addımlar atılır. Düşünürəm ki onların ambisiya məsələsinə bu il ərzində baxılacaq və binların əksər hissəsi istismara qəbul sənədlərini alacaq.



"Bəzən gecikmələrin səbəbkarı elə bina tikənlərin özləri olurlar. Qısa müddətdə mənzilə çıxarış sənədi vermək onların marağında olmur. Çünki bina tikiləndən sonra ilk illər ərzində xeylaq sayda mənzillərin təkrar satışı həyata keçirilir. Yəni işbazlar mənzillər alırlar və onu təmir edib yenidən satırlar", - deyə ekspert qeyd edib.


Şahverdiyeva

Elena Referans