Azərbaycan 12 illik təhsil sisteminə keçir

azerbaycanda-sagirdler-12-illik-tehsil-ala-bilerler-1745502302
|
|

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, 12 illik təhsil sistemi daha yetkin yaşda məzunlar yetişdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını da asanlaşdırır. Azərbaycanda 12 illik təhsil sisteminə ehtiyac varmı? 12 illik təhsil sisteminin hansı üstünlükləri var?


Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Referans-a açıqlamasında bildirib ki, Mehriban xanım Vəliyeva təcrübəli təhsil işçisi, gözəl pedaqoq və eyni zamanda uzun illər Bakı şəhər Təhsil İdarəsinə uğurla rəhbərlik edib. Onun qeyd etdiyi kimi 12 illik təhsil sisteminə keçidlə və onun faydaları ilə bağlı toxunduğu məqamlar hesab edirəm ki, kifayət qədər əsaslandırılmış fikirlərdir.





Ekspert hesab edir ki,  gələcəkdə ümumilikdə o sistemə keçid faydalı ola bilər. Bir çox ölkələrdə orta təhsil 12 illikdir. Bunun kifayət qədər faydaları var.  Mehriban xanımın qeyd etdiyi məqamlardan biri 12 illik təhsil sisteminin daha yetkin yaşda məzunlar yetişdirməklə yanaşı onların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaqdır. Amma bu sistemə keçidlə bağlı zaman-zaman ölkəmizdə fikirlər səslənib. Mən xatırlayıram iki il bundan öncə cənab nazir də bu məsələyə toxunmuşdu. Əlbəttə ki, biz təhsil sahəsində dünyada qabaqcıl və faydalı təcrübələri hər zaman mənimsəməliyik və tədqiq etməliyik. Onlardan biri də 12 illik təhsilə keçiddir.



"Mən dəfələrlə şahid olmuşam bizim orta məktəb məzunlarımız müxtəlif ölkələrdə təhsil almağa gedərkən onun çətinliklərini yaşayırlar. Çünki 11 illik təhsil bəzi ölkələrdə tam orta təhsil kimi qəbul edilmir. Təhsillə bağlı faydalı olan yeniliklərin tətbiqinə təhsil sistemimiz və cəmiyyətimiz açıq olmalıdır", - deyə ekspert qeyd edib.


Şahverdiyeva Elena

Referans