DİQQƏT! Bu qərarın hər bir Azərbaycan vətəndaşı üçün FAYDASI OLACAQ....

c-1745841318
|
|

Məlum olduğu kimi bu günlərdə Çin və Azərbaycan arasında viza ləğv edildi. Azərbaycan Prezidentin Çinə səfərinin mühüm əhəmiyyəti barədə geniş ictimai-siyasi müzakirələr hazırda da davam etməkdədir.  Çin və Azərbaycan arasında viza rejiminin ləğvi qərarı çinlilərin Azərbaycana turist kimi kütləvi şəkildə axın etməsinə şərait yaradacaq. Bu mənada çinli turistlərin ölkəmizə səfəri Azərbaycana hansı formada faydalı olacaq? Bu qərarın əhəmiyyəti nədən ibarədir?


Mövzu ilə bağlı Referans-a  açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, professor Emin Qəribli bildirib ki, çinlilərin məlumatına görə artıq statistika müəyyən ediblər. Cənab Prezident və Çin  dövlət başçısının görüşündən sonra Google-da və digər axtarış sistemlərində Azərbaycan haqqında məlumatlar çoxsaylı insanlar tərəfindən izlənilib. Mən bu günlərdə bir  turizm şirkəti ilə də danışdım. Çindən bura gələnlər çoxdur.  Həmçinin Azərbaycandan da Çinə turist kimi getmək istəyənlərin sayı artmaqdadır. 




Emin Qəribli  hesab edir ki, ilk növbədə bu məsələdə müsbət düşünmək lazımdır. Çünki Çin turistlərinin kütləvi axını bizim iqtisadiyyatımız üçün faydalı ola bilər.  Eyni zamanda məlumatlara görə bu gün dünyada ən böyük investorlar çinlilər hesab olunur. Yəni onların Azərbaycana gəlməsi və yeni müəssisələrin açılması ilə ölkəmiz üçün geniş imkanlar deməkdir.  Beləliklə də digər ölkələrdən aldığımız texnika və texnologiyaları əvəzində daha Çindən daha ucuz texnika məhsulları əldə edə bilərik. Bu qərarın ölkəmiz üçün bir çox üstün cəhətləri var.  Biz Çin bazarına kənd təsərrüfatı mallarımızı da sata bilərik.



Emin Qəribli hesab edir ki, Çindən Azərbaycana iş qurmağa gələnlər də olacaq.  Təbii ki, bizim müvafiq qanunvericiliyimizə əsasən onların fəaliyyəti nəzarətdə olacaq. Müəyyən peşələr var ki, o peşələr hələ Azərbaycanda yetərincə inkişaf etməyib. O sahələrə işləmək üçün gəlsələr niyə də olmasın.



"Çinlilər təhsil sahəsinə çox yüksək dəyər verirlər və pulsuz təhsilləri var. Yəni bizim gənclərin gedib orada xüsusi yaşıl enerji, İnformasiya Texnologiyaları sahəsində universitetlərində oxuma imkanları ola bilər. Bir sözlə Çin-Azərbaycan arasındakı viza rejiminin ləğvinin müsbət cəhətləri kifayət qədərdir", - deyə ekspert qeyd edib.


Şahverdiyeva

Elena Referans