Azərbaycanda əməkhaqqı sistemində YENİLİK: Artıq maaşlarınızı belə alacaqsınız...

azerbaycanda-emekhaqqi-sisteminde-yenilik-artiq-maaslarinizi-bele-alacaqsiniz-1746105174
|
|

Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq olunacaq.

 

Bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.

 

Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür.


Milli Məclisin deputatı Ceyhun Məmmədov “Referans”-a açıqlamasında saatlıq əməkhaqqının mahiyyətindən danışıb.




“Ümumiyyətlə, dünyanın bir sıra ölkələrində tətbiq olunur. Düşünürəm ki, əməkhaqqılarının daha dəqiq hesablanması baxımından belə bir addımın atılması, əslində, reallıqdı. Əgər proses düzgün aparılarsa, saat hesabı hesablanma forması işçilərə daha çox töhfə verə bilər. Düşünürəm ki, bizdə qanunvericilikdə həftədə 40 saatdan artıq işləməyə icazə verilmir. Buna görə də hesab edirəm ki, bu formada saat hesabı əməkhaqqı bəlkə də bu əməkhaqqının daha dəqiq hesablanmasına gətirib çıxaracaq”.

 

Fidan Vəlisoy