XƏBƏRDARLIQ: Bu şəxslər küçəyə çıxmasın – DİQQƏT

02.05.2025
-
11:06
|
|
Xəbər verdiyimiz kimi, may ayında güclü maqnit qasırğası gözlənilir. Meteoroloqların fikrincə, onların təsiri Yerdə də hiss olunacaq. Məlumata görə, 5-7 mayda güclü, 2, 18-20, 28 mayda orta intensivlikdə, 10 və 21 may tarixlərində isə zəif maqnit qasırğası müşahidə ediləcək.
Həmin günlərdə özümüzü necə qoruyaq?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bəzən Günəşdə güclü partlayışlar baş verir:
“Nəticədə maqnit qasırğaları 8 dəqiqə ərzində Yer kürəsinə gəlib çatır. Düzdür, atmosferimiz onun qarşısını xeyli alır, amma proses canlılara da təsirsiz ötüşmür. İnsanların adaptasiya imkanları dalğalara qarşı kifayət qədər yüksəkdir. Lakin bəzən meteohəssas şəxslər özlərini pis hiss edirlər, nəticədə arterial təzyiqin dəyişikliyi, şəkərin yüksəlməsi, bronxial astmalı xəstələrdə boğulma hallarının artması və sair olur”.
Professor bildirib ki, meteohəssas insanların maqnit qasırğası zamanı ehtiyatlı olmasında fayda var:
“Yaxşı olar ki, səhhətində problem olanlar ev şəraitində qalsınlar, öz həkimləri ilə məsləhətləşsinlər, vaxtında dərmanlarını qəbul etsinlər. Başqa ciddi problem yoxdur”.