"Paşa Dönər"-dən 30-a yaxın şikayət: 4 azyaşlı XƏSTƏXANALIQ OLDU...

pasa-doner-den-30-a-yaxin-sikayet-4-azyasli-xestexanaliq-oldu-1747045731
|
|

Ötən gün paytaxtın Gənclik metrosu yaxınlığında yerləşən “Paşa Dönər”-dən alınan dönəri yedikdən sonra 4 azyaşlı zəhərlənib. Belə ki, zəhərlənmə azyaşlıların qanına da keçib. 


"Referans" xəbər verir ki, uşaqların valideynlərinin “Paşa Dönər”-ə ilk müraciəti zamanı qidalarda olan problem inkar edilib. Lakin azyaşlıların həkiminin də rəyi ilə zəhərlənmənin məhz dönər ətindən olduğu təsdiqlənib.


İddialara görə, məhz həmin gün sözügedən müəssisə ilə bağlı 30-a yaxın şikayət qeydə alınıb. 


Hadisədən sonra “Paşa Dönər”-in fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hazırda araşdırmalar davam edir.