PKK silahları yerə qoydu: Bundan sonra nə olacaq? 

pkknbsp-silahi-birdefeliknbspyere-qoyacaqminbsp-1747047323
|
|

PKK özünü buraxdığını deyib. Bunun reallıq dərəcəsi nə qədərdir və Türkiyə üçün nələr doğuracağı gözlənilir?


Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Referans-a açıqlamasında bildirib ki, PKK terror təşkilatı mayın 5-7-də keçirilən 12-ci qurultayında özünü buraxdığını elan etdi. Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib. Şübhəsiz ki, bu qərar tarixi əhəmiyyət daşıyır. Bu Türkiyə üçün müsbət hadisədir.





Siyasi şərhçi onu da bildirib ki, bununla belə eyforiyaya qapılmamaq lazımdır. Çünki bu qərarın effektliyi sual altındadır. Əvəllərdə demişdim A.Öcalan sadəcə bir piondur. PKK-nın üzdə görünən simasıdır. Onun müraciətinə, şübhəsiz, cavab verənlər olacaq. Lakin PKK terrorçu fəaliyyətinə yenə də davam edəcək. Təəssüf ki, bir çoxları eyforiyaya qapılaraq PKK-nı dağlarda mübarizə aparan qruplaşma sanır. Amma reallıq budur ki, PKK Türkiyə siyasətinə, ictimaiyyətinə, hərbi sferasına, media sektoruna, elm camiəsinə sızmış terror təşkilatıdır.



"PKK çoxdan transformasiyaya uğrayıb! PKK-nın silahı yerə qoyacağını düşünmək sadəlövhlükdür. PKK ilə daha köklü mübarizə aparmaq lazımdır. PKK Türkiyə siyasətindən, ictimaiyyətindən, hərbi sferasından, media sektorundan elm camiəsindən, sökülüb atılmadıqca hər zaman bir təhdid olacaq", - deyə ekspert qeyd edib.


Şahverdiyeva

Elena Referans