“Kanal 13” rəhbərinin şikayətinə baxıldı

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb.
Referans apa-ya istinadla xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Orucov 2 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.