Tünzalə Ağayeva Amerikada - VİDEO

13.05.2025
-
14:00
|
|
Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.
Referans xəbər verir ki, buna səbəb işgüzar
səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə, mədəniyyət
mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə
yaxından tanış olub fikir mübadiləsi aparacaq.
Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan
estrada ulduzu şəhər gəzintisindən lentə alınan görüntülərini şəxsi
“İnstagram” hesabında paylaşıb.
Sənətçi “Parlament binası”nı, Vaşinqtonun küçələrini göstərib.
Ağayeva paylaşımına “Vaşinqtonda günəşli gün” rəyini yazıb.