Sosial şəbəkələrdə fırıldaqçılıq: Sizi aldada bilərlər

13.05.2025
-
18:20
|
|
Azərbaycan cəmiyyətində texnologiyanın sürətlə yayılması və rəqəmsallaşmanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə kibertəhlükəsizlik məsələləri də gündəmə gəlib. Xüsusilə gənclər arasında bu sahədə məlumatlılığın vəziyyəti sual doğurur: Azərbaycan gəncləri kibertəhlükəsizlik mədəniyyətinə nə dərəcədə malikdirlər? Bu sual ətrafında İT sahəsi üzrə ekspert Elvin Abbasovun Referansa çatdırdığı fikirlərinə istinad edərək mövzunu geniş təhlil edirik.
Texnologiya artdı, amma savadlılıq artmadı
Son illərdə ölkədə kibertəhlükəsizlik sahəsinə maraq artsa da, Elvin Abbasov bildirir ki, gənclərin bu sahədəki bilik səviyyəsi hələ də qeyri-bərabərdir. Onun sözlərinə görə, informasiya texnologiyalarına marağı olan gənclər müəyyən biliklərə malik olsalar da, əksəriyyət yalnız səthi məlumatlarla kifayətlənir:
“Müasir gənclər texnologiyadan gündəlik istifadə etsələr də, şəxsi məlumatların qorunması, kibertəhlükə mənbələrinin tanınması və qabaqlayıcı tədbirlər baxımından ciddi boşluqlar var. Təməl kibermədəniyyətin formalaşdırılması üçün hələ sistemli addımlar atılmayıb.”
Şifrə təhlükəsizliyinə laqeyd münasibət
Gənclərin şəxsi məlumatları qorumaqla bağlı davranışları da narahatlıq doğurur. Mütəxəssis qeyd edir ki, gənclər arasında ən çox rast gəlinən təhlükəli vərdişlər eyni şifrəni müxtəlif platformalarda istifadə etmək, ictimai Wi-Fi şəbəkələrinə şifrəsiz qoşulmaq və tanımadıqları linklərə klikləməkdir.
“İki mərhələli identifikasiya funksiyasından istifadə etməyən, güclü parol yaratmağı önəmsəməyən, fişinq riskləri barədə məlumatsız olan gənclər çoxdur. Bu vəziyyətin əsas səbəblərindən biri kibertəhlükəsizlik üzrə məktəb və universitet səviyyəsində sistemli maarifləndirmənin olmamasıdır,” – deyə Abbasov vurğulayır.
Maarifləndirmə var, amma sistemli deyil
Kibertəhlükəsizlik sahəsində dövlət və qeyri-dövlət qurumlarının fəaliyyəti də diqqətəlayiqdir, lakin mütəxəssis bu səylərin yetərli olmadığını düşünür. Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də CERT.AZ kimi qurumlar tərəfindən bəzi maarifləndirici kampaniyalar həyata keçirilsə də, bunlar daha çox kampaniya xarakterli olur və davamlılıq daşımır.

“Qeyri-hökumət təşkilatları da bu sahədə bəzən seminar və layihələr təşkil edir, amma bu təşəbbüslər geniş auditoriyanı əhatə etmir. Ən böyük çatışmazlıq isə kibertəhlükəsizliklə bağlı biliklərin əsas tədris proqramlarına daxil edilməməsidir. Rəqəmsal savadlılıq, şəxsi məlumatların qorunması və internet təhlükəsizliyi məktəblərdə və universitetlərdə müntəzəm şəkildə öyrədilməlidir,” – deyə Elvin Abbasov bildirir.
Sosial şəbəkələrdə fırıldaqçılıq: Tələ böyüyür, istifadəçi xəbərsiz qalır
Sosial media platformalarında yayılan fırıldaq halları isə daha ciddi təhlükə mənbəyinə çevrilib. Fişinq mesajları, saxta iş elanları, yalan mükafat kampaniyaları və tanınmış şəxslərin adından paylaşılan saxta investisiya elanları – bunlar artıq gündəlik hadisəyə çevrilib. Təəssüf ki, gənclər bu halların bir çoxunu ayırd edə bilmir və nəticədə şəxsi məlumatlarını və hətta bank hesablarını riskə atırlar.
Sosial şəbəkələrin təhlükəsizliklə bağlı texniki tədbirlər gördüyü doğrudur, lakin son qərar yenə də istifadəçiyə aiddir. Abbasov bu məsələdə fərdi diqqətin vacibliyini önə çəkir:
“Sosial media platformaları nə qədər təhlükəsizlik alətləri tətbiq etsə də, əsas məsuliyyət istifadəçinin üzərində qalır. İnsanlar şübhəli linklərə tıklamamalı, şəxsi və maliyyə məlumatlarını hər kəslə paylaşmamalıdır. Təəssüf ki, bu məsələdə də maarifləndirmə zəifdir və çox vaxt insanlar təhlükəni yaşayandan sonra anlayırlar.”
Mütəxəssisin fikrincə, kibertəhlükəsizlik sadəcə texniki bilik deyil, bir mədəniyyət formasıdır və bu mədəniyyətin formalaşması üçün həm dövlət, həm də vətəndaş cəmiyyətinin üzərinə ciddi vəzifələr düşür. Gənclər arasında bu mədəniyyətin təməlini qoymaq üçün isə məktəbdən başlayaraq, hər təhsil pilləsində davamlı tədris və maarifləndirmə proqramlarına ehtiyac var.
Gülgəz Qədirova
Referans