“Kurtlar vadisi”nin aktyoru illər sonra bu serialla ekranlara qayıdır

kurtlar-vadisinin-aktyoru-iller-sonra-bu-serialla-ekranlara-qayidir-1747372904
|
|
“Kurtlar vadisi” serialının “Kılıç”ı Atilla Olqaç ekranlara geri qayıdır.
 

Referans Publika.az-a istinadən xəbər verir ki, bu barədə aktyor özü məlumat yayıb.
 
O, qızı ilə alış-veriş edərkən kameralara yaxalanıb. İllərdir gözlərdən uzaq yaşayan 80 yaşlı aktyor enerjili görünüşü ilə diqqətdən yayınmayıb.
 
"Kurtlar vadisi"ndən 20 il keçməsinə baxmayaraq hələ də insanların onu tanıdığını bildirən Olqaç çəkilişlərə qayıdacağı ilə bağlı sevənlərinə müjdə verib. O, sürpriz serial layihəsi üzərində çalışdığını bildirib:
 
“Kapadokiyada çəkilən “Qızğın torpaqlar” serialında rol alıram. Bir müddətdir ekranlardan uzağam. Amma bu layihə ilə yenidən izləyicilərlə görüşəcəyəm".