Prezidentdən kübar davranış – VİDEO

prezidentden-kubar-davranis-video-1747410431
|
|

  Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla da görüşüb.

Referans Qafqazinfo-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti kübar davranışı ilə diqqət çəkib.

Belə ki, Prezident İlham Əliyev yağışlı hava şəraitində əlində çətir tutaraq Aİ-nin xanım rəsmisinin islanmasının qarşısını alıb.

Həmin anın videosunu təqdim edirik: