Ukrayna sərt danışdı: “2014-dən bəri bu oyunları tanıyırıq”

ukrayna-sert-danisdi-2014-den-beri-bu-oyunlari-taniyiriq-1747420924
|
|

  Ukrayna danışıqlarda səslənən şərtləri qəbuledilməz hesab edir.

Bunu Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy İstanbulda Rusiya-Ukrayna danışıqları barədə deyib.

“2014-cü ildən bəri ruslarla danışıqlar təcrübəmiz var. Mənə inanın, Ukrayna nümayəndə heyəti belə vəziyyətlərdə necə davranacağını, Rusiya tərəfinin səsləndirə biləcəyi fikirlərlə necə baş etməyi yaxşı bilir”, – deyə Tixiy bildirib.

 
Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov isə danışıqlar prosesində növbəti mərhələnin liderlər səviyyəsində görüş olmalı olduğunu qeyd edib.

Bugünkü müzakirələrdə əsir mübadiləsi məsələsi də gündəmdə olub – tərəflər “1000-1000” formatında dəyişiklik barədə danışıb.
Rusiya isə gözlənildiyi kimi, 30 günlük atəşkəs təklifini rədd edir./globalinfo.az