Gəncədə 18 yaşlı gənc bıçaqlandı: saxlanılan var

17.05.2025
-
19:13
|
|
Gəncədə 18 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilib.
Referans Teleqraf-a istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü Maqsud Tağıyev vaxtında xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
M.Tağıyev bud nahiyəsindən xəsarət alıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Maqsud Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.