“Əliyev Paşinyana dedi ki, sən qəhvəni hazırla...” – Surenyants

18.05.2025
-
20:06
|
|
Xəbər verdiyimiz kimi, Albaniyada keçirilən Avropa Siyasi Birliyi Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Sözügedən görüşdə Əliyev və Paşinyan arasındakı qısa dialoq erməni ictimaiyyətində müzakirələrə səbəb olub.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, erməni politoloq Suren Surenyants Paşinyanın Əliyevin qarşısında heyran formada dayanmasını tənqid edib.
“Belə təəssürat yaranır ki, sanki Əliyev demək istəyirdi: sən qəhvəni hazırla, mən gələrəm. Onun cavabı təxminən bu tonda idi.
Paşinyan harada olur-olsun, daim miskin, özünəinamdan məhrum bir obraz yaradır və təəssüf ki, bugünkü Ermənistanı məhz o təmsil edir”, – S.Surenyants qeyd edib.