DİQQƏT! Bu şəxslər 700 manat CƏRİMƏLƏNƏCƏK

Ötən ildən etibarən Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 6 dəfə qaldırılıb.
Belə ki, cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb. Buna baxmayaraq, hələ də bu tullantıların küçələrə atılmasından çəkinməyən vətəndaşlar müşahidə olunur.
Bəs hazırda qanun necə işləyir?
Bu barədə Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov “Referans”-a açıqlamasında danışıb.
“İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinin 4-cü bəndində tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə nəzərdə tutulub. Onu da qeyd edim ki, həmin məcəllənin 212.4-1-ci maddəsinə əsasən tütün məmulatı tullantılarının ətraf mühitə tullanması ilə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur”.
Fidan Vəlisoy