Prezident GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib 

prezident-globe-network-vi-plenar-iclasinin-istirakcilarina-muraciet-edibnbsp-1747719563
|
|

  Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib.

Müraciətin mətnini Baş Prokuror Kamran Əliyev oxuyub.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network - çərçivəsində Altıncı Plenar İclası keçirilir.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu - o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan - ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.