Azərbaycan Ordusunda neçə qadın hərbçi xidmət edir? - AÇIQLANDI 

azerbaycan-ordusunda-nece-qadin-herbci-xidmet-edir-aciqlandinbsp-1747829287
|
|

  Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərin sayı açıqlanıb.

Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında yer alıb.

Hesabat bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin müzakirəsinə çıxarılıb.

Hesabatda bildirlib ki, Azərbaycan Ordusunda xidmət edən

- zabit və gizir qadın hərbi qulluqçular - 329 nəfərdir;

- müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular - 1602 nəfərdir;

- qadın mülki işçilər - 10218 nəfərdir./modern.az