Yeniyetmələr niyə “oğru” olmaq istəyir - Qaranlıq yolun GİZLİNLƏRİ

genclerin-cinayete-meyil-etmesinin-qarsisini-nece-almaliyiq-1748004561
|
|

Gənclik dövrü, xüsusilə, 18-30 yaş aralığı insan həyatında özünü təsdiq, cəmiyyətə inteqrasiya və sosial məsuliyyət hissinin formalaşdığı həssas mərhələlərdən biridir. Bu yaşda gənclər həyat seçimləri ilə şəxsiyyətlərini möhkəmləndirir, lakin eyni zamanda müxtəlif risk faktorları ilə qarşılaşırlar. Ailə nəzarətinin zəifləməsi, sosial-iqtisadi çətinliklər, psixoloji gərginliklər və mənəvi boşluq bəzi hallarda onların deviant davranışlara, hətta cinayət əməllərinə yönəlməsinə səbəb olur.


Son illərin statistik göstəriciləri göstərir ki, 18-30 yaş arasında olan gənclər tərəfindən törədilən cinayətlərin sayı diqqətçəkici səviyyədədir və müəyyən cinayət növlərində artım tendensiyası müşahidə olunur. Gənclərin cinayətə meyil etməsinin qarşısını necə almalıyıq? Yeniyetmə və gənclərin cinayətə və kriminal mühitə maraq göstərməsində psixoloji məqamlar hansılardır?


Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Referans-a açıqlamasında bildirib ki,  istər yeniyetmələrdə, istər gənclərdə kriminal mühitə maraq göstərməsinin psixoloji səbəbləri kriminal aləmin cəmiyyətə pafoslu şəkildə təqdim olunmasından irəli gəlir. Yəni bu gün baş verəcək gənclikdəki müəyyən hadisələr bir neçə kateqoriyada gedir. Məsələn, deyək ki uşaq yeniyetməlikdən kriminal şəxsiyyət dövrüdür. Kriminal şəxsiyyət dövrü olduqda uşaq düzgün yönəlməyibdir. İstər valideynləri tərəfindən, istər məktəb tərəfindən, istərsə də məktəbin psixoloqu tərəfindən.


İkinci tərəfdən isə baş verəcək kriminal vəziyyətlərin artması sosial məsuliyyət hissinin formalaşması həssas mərhələlərdən biridir. Bəzən gənclər düşünür ki,   səhərdən axşama işləyib bu qədərmi əmək haqqı alacacağam özümə pərakəndə iş quracağam. Seçdiyi peşələrin və yaxud da ki seçmədiyi peşələrin bir-biri üzərində qurulacağı bir məqamda manipulyasiyaların artması artım manipulyasiyalarının içərisində sonda cinayət işinə, hətta qrup şəklində cinayət işinin baş verməsinə gətirib çıxarır. 




Psixoloq hesab edir ki, bu kimi səbəblərə görə cinayət hadisəsi baş verir, cinayət hadisəsindən sonra bu söhbətlərin daha da artması övladların cinayətə daha çox cəlb olması prosesi başlayır. Baxın, görürsünüz ki, zəncirvari yaranan bir vəziyyətdir.  Məsələn, sosial verlişlər var ki, cinayət hadisələrini həddindən artıq çox qabardırlar və qabardılan cinayət hadisələrinin içərisində, bəzən də baxırsan ki heç o insanı dinləmədən hər hansısa bir düşünülməmiş atılan addım, düşünülməmiş hər hansı bir ekspert rəyinə əsasən, həmin insanı sanki bir milli qəhrəman edirlər və bu zaman baxırıq ki, bu durumlar baş verir deyə müsahibimiz əlavə edib. Bax görürsüz artıq bir neçə kriteriyalar oldu ki həmin vəziyyətə gətirər. Yaxud da ki, seriallar, yəni bu serialların içərisində son məqamda filmin axırına yaxın axır ki, polis bu işə qarışdı. Polis bir cinayətin üstünü açdı.



"Hər bir məktəbdə şagirdlərlə maarifləndirici və psixoloji söhbətlər aparılmalıdır. Sonuncu belə maarifləndirmə görüşü 6 ay əvvəl olub. Məni, Kəmalə Ələkbərovanı dəvət etmişdilər ki, biz orda çıxışlarımızı edərək. O məktəbin uşaqlarını cinayətə sövq edəcək addımlardan uzaqlaşdırmağa çalışaq. Artıq bir sıra insanlar arasında ciddi psixoloji pozuntular gedir. Xaotik atılan addımlar psixoloji məqamlara çox ciddi təsir göstərdiyindən kriminal vəziyyətlərin artımına gətirib çıxarır", - deyə psixoloq qeyd edib.


Şahverdiyeva

Elena Referans