İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Referans xəbər verir ki, məktubda deyilir:
"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Ötən müddət ərzində Azərbaycan cəmiyyətin həyatının bütün sahələrinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində heyrətamiz nəticələrə, yüksək iqtisadı inkişaf templərinə, dünya birliyində nüfuzunun möhkəmləndirilməsinə nail olmuş, uğurlu beynəlxalq layihələrin təşəbbüskarı kimi xüsusi rol oynamışdır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə minnətdarıq. ŞƏT-in dialoq üzrə tərəfdaşı olaraq Azərbaycan 10 ildən artıqdır ki, təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Əminik ki, Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq gələcəkdə də möhkəmənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycanın daha da tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və əmin-amanlıq arzu edim".
xxx
Belçika Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.
Referans xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram".