DİQQƏT! Pulunuz oğurlana bilər - Bu məlumatları heç kimlə paylaşmayın

Bəzi vətəndaşlar banklardan telefon zəngləri vasitəsilə onlardan şəxsi məlumatların tələb olunduğunu söyləyirlər. Həmçinin bu hallar şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Banklar telefon vasitəsilə vətəndaşdan bu cür məlumatları soruşa bilərmi? Banklar hansı hallarda vətəndaşlara zəng edir?
Banklar vətəndaşlara hansı hallarda zəng edirlər? 1. Kredit və ya ödəniş gecikməsi: Müştərinin kredit ödənişi gecikibsə, bank borcun xatırladılması və ödəniş planının müzakirəsi üçün zəng edə bilər. 2. Yeni məhsul və xidmətlərin təklifi: Banklar tez-tez yeni kartlar, kreditlər, depozitlər və ya kampaniyalar barədə məlumat vermək və ya bu xidmətləri təklif etmək üçün zəng edirlər. 3. Əməliyyatın təsdiqlənməsi və ya şübhəli fəaliyyət: Hesabda qeyri-adi əməliyyat aşkar edildikdə (məsələn, böyük məbləğli köçürmə və ya xaricdən giriş cəhdi), bank müştərinin razılığını almaq və təhlükəsizlik məqsədilə əlaqə saxlaya bilər. 4. Sənəd və ya məlumat dəqiqləşdirilməsi: Müştərinin bankda olan şəxsi məlumatlarında uyğunsuzluq olduqda və ya yenilənməli olduqda bank zəng edib məlumatları dəqiqləşdirə bilər. 5. Kredit müraciətinə cavab: Müştəri kredit üçün müraciət etdikdə, bank zəng edib əlavə məlumat istəyə və ya qərarı bildirə bilər. 6. Məhsulun müddətinin başa çatması: Məsələn, depozit müddəti bitəndə və ya kartın istifadə müddəti sona çatanda müştəriyə xəbər vermək üçün zəng edilə bilər.
Əgər zəng edən şəxs bank nümayəndəsi olduğunu iddia edirsə, ancaq sizdən kart məlumatları, CVV kodu və ya SMS təsdiq kodları kimi həssas məlumatlar istəyirsə, ehtiyatlı olun bu, fırıldaqçılıq ola bilər. Bəzi vətəndaşlar banklardan telefon zəngləri vasitəsilə onlardan şəxsi məlumatların tələb olunduğunu söyləyirlər. Həmçinin bu hallar şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur.
Banklar telefon vasitəsilə vətəndaşdan bu cür məlumatları soruşa bilərmi? Banklar hansı hallarda vətəndaşlara zəng edir?
Mövzuyla bağlı İqtisadçı Əkrəm Həsənov Referans-ın suallarını cavablandırıb. Əkrəm Həsənov açıqlama verib ki, banklar vətəndaşın şəxsi məlumatlarını sorğulamır. Son illər ərzində bu məsələyə dəfələrlə toxunulub və qeyd etmişəm ki, banklar bu məlumatları soruşmur.
Ekspert onu da bildirib ki, əgər vətəndaşa zəng gəlib şəxsi məlumatlar soruşulursa bu bank tərəfindən olmur, burada fırıldaqçılar iştirak edir. Bank heçbir zaman vətəndaşın şəxsi məlumatlarını soruşmur əksinə bankdan vətəndaşa zəng gələrək onun özünə məlumat verilir. Hər hansı bir vətəndaşa zəng gəlir və onun şəxsi məlumatları istənilirsə həmin vətəndaş bunun bank zəngi olmadığını bilməlidir. Son dövrlər vətəndaşların kart məlumatlarının soruşulması ilə onların pulunun oğurlanması halları müşahidə olunmaqdadır. Bu barədə sosial şəbəkələrdə, internetdə, Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara məlumat verilir ki, hər hansı nömrədən gələn zəngdə sizdən şəxsi məlumatlarınız, kart hesabınızın detalları soruşularsa məlumat verməyin.
"Bu hallara diqqətlə yanaşılmalıdır. Vətəndaşlar sosial şəbəkələrdə yayımlanan xəbərləri izləməli və məlumatlanmalıdırlar. Əks halda vətəndaş deyilən tələblərə riayət etməyib şəxsi məlumatlarını və yaxud kart hesabının məlumatlarını hər hansı nömrədən gələn zəngə deyirsə bu artıq vətəndaşın öz səhvidir. Çünki ictimaiyyətə bu barədə kifayət qədər məlumat verilir",- deyə Əkrəm Həsənov əlavə edib.
Qeyd edək ki, banklar aşağıdakı hallarda vətəndaşa zəng edir:
1. Kredit və ya ödəniş gecikməsi: Müştərinin kredit ödənişi gecikibsə, bank borcun xatırladılması və ödəniş planının müzakirəsi üçün zəng edə bilər.
2. Yeni məhsul və xidmətlərin təklifi: Banklar tez-tez yeni kartlar, kreditlər, depozitlər və ya kampaniyalar barədə məlumat vermək və ya bu xidmətləri təklif etmək üçün zəng edirlər.
3. Əməliyyatın təsdiqlənməsi və ya şübhəli fəaliyyət: Hesabda qeyri-adi əməliyyat aşkar edildikdə (məsələn, böyük məbləğli köçürmə və ya xaricdən giriş cəhdi), bank müştərinin razılığını almaq və təhlükəsizlik məqsədilə əlaqə saxlaya bilər.
4. Sənəd və ya məlumat dəqiqləşdirilməsi: Müştərinin bankda olan şəxsi məlumatlarında uyğunsuzluq olduqda və ya yenilənməli olduqda bank zəng edib məlumatları dəqiqləşdirə bilər.
5. Kredit müraciətinə cavab: Müştəri kredit üçün müraciət etdikdə, bank zəng edib əlavə məlumat istəyə və ya qərarı bildirə bilər.
6. Məhsulun müddətinin başa çatması: Məsələn, depozit müddəti bitəndə və ya kartın istifadə müddəti sona çatanda müştəriyə xəbər vermək üçün zəng edilə bilər.
Ləman Xalıqova
Referans