Sabirabadda 21 yaşlı oğlan qızla intim münasibətdə oldu: 3 gün küçələrdə gecələdilər

sabirabadda-21-yasli-oglan-qizla-intim-munasibetde-oldu-3-gun-kucelerde-gecelediler-1748341758
|
|

 Sabirabad rayonunda 2004-cü il təvəllüdlü Ayaz yetkinlik yaşına çatmayan tanışının qızı Leyliyə (adlar şərti verilib – red.) təcavüz edib.

Referans Teleqraf-a istinadən xəbər verir ki, Sabirabad rayon sakini Ayaz 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan Leyli ilə onun öz istəyi ilə təkrarən cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib.

Ayaz 2022-ci ilin əvvəllərində Sabirabad şəhər sakini İradənin icarə əsasında işlətdiyi kafedə ofisiant işləyərkən onun qızı Leyli ilə tanış olub və aralarında sevgi münasibətləri yaranıb. O, Leylini onunla evlənəcəyinə inandırıb və 2024-cü ilin iyul ayının əvvəllərində ayrı-ayrı günlərdə, 3 dəfə olmaqla, cinsi ehtirasını təmin etmək məqsədilə cinsi əlaqədə olub.

Belə ki, Ayaz Leylinin Sabirabad rayonun kəndində babasına məxsus evdə tək olmasını öyrənib və həmin ünvana gəlib. O, hər dəfə orada 12 yaşı tamam olmuş, lakin 14 yaşına çatmayan Leyli ilə evin yataq otağında cinsi əlaqədə olub. Onun qızlıq pərdəsinin tamlığını pozub.

“Sevgi münasibətlərimiz yarandı”

İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Leyli ilə bir neçə il əvvəl onun anası İradənin işlətdiyi kafesində ofisiant işləyən vaxtlarda tanış olub, sonradan isə aralarında sevgi münasibətləri yaranıb və biri-biri ilə tez-tez əlaqə saxlayaraq görüşüblər: “Leylinin yaşının neçə olmasının dəqiq bilməmişəm. Lakin onun yaşının az olmasını, yəni məktəb yaşlı qız olmasını bilmişəm. Sonra hərbi xidmətə getmişəm. 2024-cü ilin aprel ayında hərbi xidmətdən qayıtmışam və bundan sonra da Leyli ilə münasibətlərimi davam etdirmişəm”.

“Təbii yolla cinsi əlaqədə olduq”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2024-cü ilin iyul ayının əvəllərində Leyli ona zəng edib və Sabirabad rayonunun kəndində babasının evində olduğunu, evdə heç kimi olmadığını bildirib: “Leyli mənimlə görüşmək istədiyini dedi. Mən də Leyla ilə görüşməyə razılıq verdim. Onun kənddə yaşayan babası Abbasın evinə getdim. Həmin vaxt evdə Leylidən başqa heç kim olmayıb. Sonra aramızda olan razılaşma əsasında həmin gün evin yataq otağında onunla bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Sonra paltarımı geyindim və Leylinin babası evindən çıxdım, öz evimizə getdim. Bundan sonrakı günlərdə də Leylinin babasının evində onunla görüşsəm də, onunla nə təbii yolla, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Sonrakı günlərdə Leyli ilə telefonla danışarkən anasının mənimlə evlənməyə razı olmadığını dedi, ona görə də evdən birlikdə getmək qərarına gəldik”.

“Polisin bizi axtardığını dedi”

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 24-də, səhər saatlarında Leyli ilə görüşüb və birlikdə Bakı şəhərinə gediblər: “Bakı şəhərində qalmağa evimiz olmadığı üçün üç gün küçədə gecələdik. Bakı şəhərində olduğumuz vaxtda Leyli ilə cinsi əlaqədə olmamışam. Bakı şəhərində olduğumuz müddətdə Leyli anası İradə ilə telefonla danışarkən Bakı şəhərində olduğumuzu dedi. Sonra Leylinin anası İradə mənimlə telefonla əlaqə saxladı, polis əməkdaşlarının bizi axtardığını dedi. Buna görə də iyulun 27-də Leyli ilə birlikdə Bakı şəhərindən Sabirabada qayıtdıq. Bundan sonra Leylinin anası məni və Leylini rayon polis şöbəsinə apardı. Polis şöbəsində izahat verərək Leylini sevdiyimi və onunla evlənmək məqsədimin olduğunu, Leylinin razılığı ilə onunla bir dəfə cinsi əlaqədə olduğumu, həmçinin Leylinin razılığı ilə birlikdə Bakı şəhərinə getdiyimizi bildirdim”.

“Əlaqəni kəsmədim”

İş üzrə təqsirləndirilən şəxsin ziddiyyətli ifadələri olduğu müəyyən edilib. Həmin ifadələr açıqlanıb və tədqiq edilib. Ayaz ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, təxminən 2 il əvvəl İradənin Sabirabad şəhərində işlətdiyi kafedə yemək paylayan işləyərkən onun azyaşlı qızı Leyli ilə tanış olub: “Daha sonra “Tik tok” sosial şəbəkə vasitəsi ilə biri-birimizə yazdıq. Sonra mən hərbi xidmətə getsəm də, Leyli ilə əlaqəni kəsmədim. 2024-cü ilin aprelin 25-də hərbi xidmətdən qayıtdım. Bundan sonra da Leyli ilə münasibətlərimi davam etdirdim”.

Ayazın ifadəsinə görə, Leyli ilə 2024-cü ilin iyul ayının əvəllərində “Tik tok” sosial şəbəkə vasitəsilə yazışarkən ona Sabirabad rayonunun kəndində babasının evində olduğunu, evdə heç kimi olmadığını deyib, onunla görüşmək istədiyini söyləyib: “Mən də Leyli ilə görüşməyə razılıq verdim. Onun babası evinə getdim. Həmin vaxt evdə Leylidən başqa heç kim olmayıb. Söhbət zamanı Leyli mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Mən də Leylinin bu istəyinə razılıq verdim. Sonra Leyli əynindəki paltarları çıxardı. Daha sonra mən də əynimdə olan paltarlarını soyunaraq evin yataq otağında təbii yolla cinsi əlaqədə olduq. Bu vaxt onun bakirəliyi pozuldu. Cinsi əlaqədə olandan sonra paltarımı geyindim və oradan getdim. Bundan sonrakı günlərdə də Leylinin babası evində onunla iki dəfə də cinsi əlaqədə oldum. Həmin vaxt da evdə Leylidən başqa heç kim olmayıb. Leyli ilə cinsi əlaqədə olarkən eyni zamanda onun öz istəyi ilə qeyri-təbii yollada cinsi əlaqədə olmuşam”.

“Sevirəm, şikayətim yoxdur”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Leyli bildirib ki, Ayazla üç dəfə cinsi əlaqədə olub: “Ayaz mənimlə üç dəfə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub. Hər dəfə cinsi əlaqədə olarkən Ayaz mənim razılığım ilə bunu edib. Mənə qarşı heç bir fiziki zor tətbiq etməyib. Hazırda mənə qarşı olan əmələ münasibətdə Ayazla barışmışam, onu sevirəm və onunla evlənmək niyyətindəyəm. Baş verənlərlə bağlı mənim Ayaza qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində olan hökmün dəyişdirilməsini, onun əməlini Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində aşağı həddə cəza verilməsini barədə qərar qəbul edilməsini xahiş edib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimlərindən ibarət heyət şikayəti araşdırıb, sonda qərar elan edilib.

Qərara görə, şikayət əsassız hesab edilib və təmin edilməyib.