Ərdoğan Azərbaycana səfərdədir... – Niyə məhz Laçın Beynəlxalq Hava limanı?

erdogan-azerbaycana-seferdedir-niye-mehz-lacin-beynelxalq-hava-limani-1748422809
|
|

“Prezident Rəcəb Tayyib Ərdoğanın Laçın Beynəlxalq Hava Limanının açılışı münasibəti ilə məhz Laçın beynəlxalq hava limanından Azərbaycana səfərə başladı. Bu simvolik məna ilə yanaşı, strateji bir mesajdır”.


Bu sözləri politoloq Turan Rzayev “Referans”-a açıqlamasında deyib.




“İlk növbədə bu hadisə Cənubi Qafqazda postmünaqişə dövrünün əsas oyunçularını və gələcək güc mərkəzlərini aydın göstərir. Azərbaycan regionda sülhü bərpa edən öz ərazi bütövlüyünü bərpa edən aparıcı gücdür. Türkiyə isə bu prosesi hərbi, diplomatik və siyasi müstəvidə dəstəkləyən strateji müttəfiqdir.

Ərdoğanın Laçında açılışda iştirakı mənə görə həm də Qafqazın artıq təkcə Rusiya və Qərbin deyil, eyni zamanda müsəlman dünyasının da maraq dairəsində olduğunun mesajıdır. Prinsip etibarı ilə Türkiyə bu bölgədə həm NATO üzvü, həm də müsəlman Türk dövləti olaraq unikal mövqe tutur”.


Politoloq bildirib ki, Laçın Hava Limanı Zəngəzur dəhlizi və Bakı-Tbilisi-Qars xətti ilə birlikdə Azərbaycanın "geoiqtisadi körpü" strategiyasını tamamlayır.


“Bu hava limanı bir tərəfdən Şərqi Zəngəzuru Naxçıvan və Zəngilanla birləşdirir, digər tərəfdən isə xarici güclərə Azərbaycanın ərazi suverenliyi üzərində heç bir şübhəyə yer qoymadığını da nümayiş etdirir. Şübhəsiz bu həm də Türk dünyası arasında ciddi bir körpü əlaqə vasitəsinin təmini deməkdir”.


Turan Rzayev vurğulayıb ki, Azərbaycan artıq təkcə lokal güc deyil, böyük güclərin diqqət mərkəzində olan regional oyunçuya çevrilib. Ərdoğan–Əliyev tandemi bu statusu daha da möhkəmləndirməkdədir.

 

Fidan Vəlisoy