May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır?

Hər fəsildə təbiət bizə öz nemətlərini bəxş edir və bu nemətlərin başında meyvələr dayanır. Mövsümi meyvələr həm dad, həm də qida dəyəri baxımından ən keyfiyyətli dövrlərində istehlakçılara təqdim olunur. Lakin çox vaxt insanların diqqətini çəkən və narazılıq doğuran məqamlardan biri də bu meyvələrin məhz öz mövsümündə baha olmasıdır. Bəs görəsən, təbii şəraitdə yetişən, bolluqla bazara çıxarılan meyvələr niyə bu qədər bahadır?
Bu sualın cavabını tapmaq üçün bazar iqtisadiyyatı, logistika, tələbat-təklif balansı və digər amilləri nəzərdən keçirilməlidir. Azəbaycanda yay fəsli yaxınlaşdıqca, bir çox meyvə və tərəvəzin qiymətində nisbətən azalma hiss olunur. Amma gilasın və eləcədə mövsümi meyvələrin qiyməti dəyişmir. Satıcılar bildirirlər ki, hazırda bazarlarda gilasın qiyməti 6-10 manat arasındadır. Market və bazarlarda gilas və mövsümü meyvələr nə üçün baha satılır?
Mövzuyla bağlı iqtisadçı ekspert Xalid Kərimli REFERANS-ın suallarına aydınlıq gətirib. Xalid Kərimli açıqlama verib ki, bu məsələnin səbəbi mövsümü meyvələrin hələ kütləvi şəkildə bazara çıxarılmamasıdır. Kütləvi şəkildə bazara çıxarılanda mövsümü meyvələrin qiymətlərində azalma olacaq.
Xalid Kərimli onu da vurğulayıb ki, bu situasiyada məhsulun alınıb alınmaması vətəndaşın özündən asılıdır. Adətən nübar məhsullar, mövsümü meyvələr bazara ilk vaxt çıxarılanda qiymətləri baha olur. Bunun səbəbi isə mövsümü meyvələrin bazara az həcmdə gətirilməsidir ki, buna görə də qiymətlər yüksək olur. Sahibkar isə bundan qazanc əldə etmək istəyir.
"Mövsümün ortalarına doğru qiymətlərdə azalma müşahidə olunacaq. Lakin nə qədərdə qiymətlərdə azalma olsa keçən ilə nisbətən yendə qiymətlər yüksək olacaq. Bunun səbəbi isə sahibkarlıq xərclərinin artması və meyvə-tərəvəzin yetişdirilməsi ilə bağlı xərclərin artması, daşınma ilə bağlı xərclərin artmasıdır. Bunuda qeyd edə bilərik ki, mövsümü meyvələr bazara çox çıxarılsa qiymətlər enəcək",- deyə Xalid Kərimli əlavə edib"
Ləman Xalıqova
Referans