Mənzil alarkən DİQQƏTLİ OLUN: Şirkətlər sizi belə aldadır

bir-menzil-bir-nece-nefere-satilibsanbsp-cixis-yolu-budur-1748434351
|
|

 Vətəndaşlardan gələn şikayətlərə əsasən məlumat alırıq ki, bəzən bir torpaq sahəsi və ya bir mənzil bir neçə nəfərə satılır. Belə olduğu halda alıcılar nə etməlidirlər? Məsələnin çıxış yolu nədədir?



Mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Referans- a açıqlama verib.  Ekspert qeyd edib ki, bir mənzilin iki və daha çox şəxsə satılması halları əsasən yeni tikililərdə qeydə alınmış bir problemdi. Son illərdə biz bununla bağlı ciddi şəkildə dövlət tərəfindən mübarizə tədbirlərinin gücləndirilməsinə müşahidə edirik. Xeyli sayda mənzil-tikinti kooperativlərinin, MMC- lərinin rəhbər vəzifəli şəxsləri, təsisçiləri məsuliyyətə cəlb olunublar. Hətta barəsində həbs qətimkan tədbiri həyata keçirilmiş, istintaq aparılan, eyni zamanda istintaq prosesi yekunlaşaraq müəyyən cəzalara məhkum edilmiş şəxslər var. Təəssüflər olsun ki, bu mübarizə tədbirləri problemin tam və hər tərəfli aradan qaldırılmasını tam şəkildə həll etməyib.



 

Ekspert onu da bildirib ki, bunun qarşısının alınması üçün qanunvericilikdə bir qədərdə təkmilləşmə işləri həyata keçirilməlidir. Ümumiyyətlə, MTK-ların hansısa formada müddətli satış variantlarını tənzimləyən normativ hüquqi aktlar qəbul olunmalıdır. Eyni zamanda MTK-lar tərəfindən satışı həyata keçirilən mənzillərin reyestr məlumatlarının müvafiq qeydiyyat orqanlarına təqdim olunması və bununla bağlı ictimaiyyət üçün bu məlimatlarının açıqlığı təmin olunmalıdır. O ki qaldı torpaqlarla bağlı məsələyə. Əgər bir torpaq sahəsi üzərində qeydiyyat prosesi varsa, həmin torpaq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıbsa, çıxarışı varsa, həmin torpaq sahəsinin başqa bir şəxsə satılması mümkün deyil. İstisna olaraq, burda sənədlərin saxtalaşdırılması və ya digər tədbirlər nəticəsində bunu həyata keçirmək mümkün olar ki, indiki elektronlaşmış informasiya və inteqrasiya dövründə bir qədər mümkün görünmür.



"Amma o torpaq sahələri ki, sadəcə dövlət aktı ilə vətəndaşlara verilib, üzərində qeydiyyat aparılmayıb və yaxud bələdiyyə sənədləri ilə guya bələdiyyə tərəfindən vətəndaşa satılıb. Həmin torpaqların reyestr məlumatları müvafiq məlumat bazalarında yoxdur. Bunlar artıq mülkiyyət subyekti olmadığına görə bunların qeyri-qanuni yollarla müxtəlif şəxslərə satılması halları mümkün ola bilər. Əgər belə hallar varsa bununla bağlı vətəndaşlar müvafiq qaydada hüquq mühafizə orqanlarına, polisə, prokurorluğa və ya məhkəməyə müraciət edə bilərlər", - deyə əmlak eksperti qeyd edib.


Məmmədov Hüseyn

Referans