Qonşu ölkədə güclü zəlzələ oldu - SON DƏQİQƏ

29.05.2025
-
11:57
|
|
İranın cənub-şərqində yerləşən Kirman əyalətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Hadisə ilə bağlı ilkin məlumatı İranın Milli Seysmoloji Mərkəzi yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı yer səthindən təxminən 8 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılarla bağlı hələlik əlavə məlumat verilməyib. Axtarış-xilasetmə xidmətləri vəziyyəti nəzarətdə saxlayır.