"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"

Referans Media "iTech Group" şirkətinin rəhbəri İlham Əzizovla müsahibəni təqdim edir:
– Artıq 25 ildir ki, fəaliyyət göstərirsiniz. Bu müddət ərzində iTech Group hansı əsas mərhələlərdən keçib?
- iTech Group olaraq 25 ildir ki, Azərbaycanın informasiya texnologiyaları və telekommunikasiya sahəsində fəaliyyət göstəririk. Bu illər ərzində komandamızla bir çox uğurlara imza atmışıq. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə daim yenilikçi yanaşmalarla bazardakı mövqeyimizi möhkəmləndirməyə nail olmuşuq.
– Son zamanlarda hansı sahələrə xüsusi diqqət yetirmisiniz?
- Son illərdə diqqətimizi ağıllı texnologiyalara yönəltmişik. Bu istiqamətdə yeni nailiyyətimiz – Ecolight Ağıllı İşıqlandırmanın İdarəetmə Sistemidir. Bu sistem bizim uzunmüddətli təcrübəmizin, mühəndis düşüncəmizin və innovasiya potensialımızın nəticəsidir.
– Ecolight sistemi ilk dəfə harada təqdim olundu?
- 15 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində keçirilən sərgidə, Texnopark rezidenti kimi iştirak etdik və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin stendində Ecolight sistemimizi beynəlxalq ictimaiyyətə təqdim etdik. Bu, sadəcə texnoloji təqdimat deyildi – bu, Azərbaycanın milli innovasiya potensialının bir simvolu idi.
– Ecolight sisteminin əsas üstünlükləri nələrdir?
- Ecolight Ağıllı İşıqlandırmanın İdarəetmə Sistemi artıq bir neçə beynəlxalq layihədə tətbiq olunub. Şəhər infrastrukturunun optimallaşdırılması və ekoloji dayanıqlığın təminində mühüm rol oynayır. Enerji qənaəti, təhlükəsizlik, uzaqdan idarəetmə kimi bütün müasir tələblərə cavab verir. – Texniki baxımdan bu sistem nə ilə fərqlənir? Ən mühüm fərqləndirici cəhətlərdən biri, sistemin Power-Line Communication (PLC) texnologiyası üzərində qurulmasıdır. Yəni mövcud elektrik xətləri üzərindən məlumat ötürülür və bu, əlavə kabelləşdirmə ehtiyacını aradan qaldırır. Nəticədə həm vaxta, həm də infrastruktur xərclərinə ciddi qənaət edilir.
– İdarəetmə mexanizmi necə qurulub?
- Ecolight sistemi WebUI interfeysi və bulud əsaslı idarəetmə ilə istənilən yerdən və zamanda nəzarət imkanı yaradır. Texniki nasazlıq baş verdikdə, avtomatik bildiriş sistemi dərhal aktivləşir. Ecolight sisteminin gələcəkdə tətbiq sahələrinin genişlənməsi istiqamətində hansı planlar mövcuddur?” Elektrikli nəqliyyat üçün PLC texnologiyası əsasında qurulan şarj stansiyalarının tətbiqi istiqamətində də işlər görülür. Bu yanaşma, infrastrukturu daha çevik və az xərcli formada formalaşdırmağa imkan verir.
– iTech Group-un ümumi fəaliyyət sahələri haqqında da qısaca məlumat verərdiniz?
Fəaliyyət sahəmiz çox genişdir. Buraya :
Sistem inteqrasiyası və infrastruktur həlləri
IP telefoniya və zəng mərkəzləri
Təhlükəsizlik sistemləri
Bina və tikililərin mühafizəsi
Ağıllı ev texnologiyaları Videomüşahidə və videoanalitik həllər
Kibertəhlükəsizlik Konfrans və tədbirlər üçün texnoloji təminatlar
Monitorinq və data mərkəzlərinin qurulması
İnteraktiv səsli elan sistemləri
Fasiləsiz enerji təchizatı üçün həllər
İnfrastruktur həlləri Şəbəkə həlləri
Texniki dəstək daxildir.
– Son olaraq, əsas məqsədiniz nədən ibarətdir?
- Əsas hədəfimiz – innovativ texnologiyaların tətbiqi ilə həyatın bütün sahələrində dəyər yaratmaq və cəmiyyətin gündəlik yaşam keyfiyyətini davamlı şəkildə yüksəltməkdir. Bu missiya ilə biz yalnız bu günə deyil, gələcəyin texnoloji reallıqlarına da yol açırıq.
Referans Media