Aİ-92 və dizel markalı benzinin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR 

ai-92-ve-dizel-markali-benzinin-qiymeti-ile-bagli-muhum-xebernbsp-1748525867
|
|

Azərbaycana benzin idxalının artmasının səbəbi məlum olub. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Maliyyə naziri Sahil Babayev bildirib ki, idxalın artmasına Neft Emalı Zavodunun ötən il keçirilən beynəlxalq tədbirlərlə əlaqədar təxminən iki ay müddətinə fəaliyyətini dayandırması səbəb olub. Nazir qeyd edib ki, məhz bu dövrdə daxili tələbatı qarşılamaq məqsədilə Aİ-92 markalı benzin idxal edilib. Onun sözlərinə görə, məsələ ilə bağlı daha dəqiq məlumatı SOCAR təqdim edə bilər.


Maraqlıdır, ölkəyə benzin idxalının artması qiymətlərə təsir edə bilərmi?


Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, benzin qiymətləri böyük ehtimalla inflyasiya dərəcəsinə uyğun şəkildə müəyyənləşdiriləcək:


"Azərbaycanda inflyasiyanın əvvəlki proqnozlardan daha yüksək olacağı gözlənilir. Hökumətin və Mərkəzi Bankın rəsmi proqnozlarında da müəyyən fərqlər mövcuddur. Lakin real vəziyyətə gəldikdə, bəzi göstəricilər nəzərəçarpacaq dərəcədə fərqli mənzərə ortaya qoyur. Bizdə əsas problem ondan ibarətdir ki, inflyasiyanın hesablanma mexanizmində yeni metodoloji yanaşmalara ehtiyac var”.