Məktəbdə dəhşətli hadisə: Sinif yoldaşını boğaraq öldürməyə çalışdı - FOTO

31.05.2025
-
15:09
|
|
Türkiyənin Konya şəhərindəki məktəblərdən birində dəhşətli hadisə baş verib.
Referans bildirir ki, Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sinif yoldaşı tərəfindən boğulan 10 yaşlı Yusuf T. hazırda xəstəxanada həyat mübarizəsi aparır.
Hadisə mayın 28-də ibtidai məktəblərdən birində baş verib. Məktəbin 4-cü sinif şagirdi Yusuf T. ilə İ.Ç. arasında sinif otağında mübahisə yaranıb.
Bu zaman İ.Ç. tərəfindən boğazı sıxılan Yusuf halı pisləşərək xəstəxanaya aparılıb. Vəziyyəti ağır olan və reanimasiyaya yerləşdirilən Yusuf intubasiya edilərək tənəffüs aparatına qoşulub.
Yusufun müalicəsi davam edərkən, İ.Ç. Konya Təhlükəsizlik Müdirliyi Uşaq Şöbəsində pedaqoq tərəfindən ifadəsi alınaraq ailəsinə təhvil verilib.