SON DƏQİQƏ! Azərbaycanda internet qiymətləri ilə bağlı VACİB XƏBƏR 

son-deqiqe-azerbaycanda-internet-bahalasacaq-1748873328
|
|

Bu günlərdə mətbuatda yayılan məlumatlara görə "Azercell Telecom" MMC daha bir xidmətinin qiymətini qaldırır. "Azercell" "Busuu" tətbiqi çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə 0,35 AZN xidmət haqqı tutacaq. Bu dəyişiklik 30 iyun tarixindən tətbiq ediləcək.


Azərbaycanda mobil operatorların sayı niyə azdır? Mobil operatorların təklif etdiyi xidmətlər nə üçün bu qədər bahadır?


Mövzu ilə bağlı  iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli Referans-a açıqlama verib. Ekspert qeyd edib ki, Azərbaycanda mobil operatorların az olmasının səbəbi lisenziyalaşdırılmanın, ümumiyyətlə bazara daxil olmasının çətinliyi ilə əlaqəlidir.



Ekspert həmçinin qeyd edib ki, bu da bazarda olan şirkətin üçünün də zünü daha rahat və hegemon hiss etməsinə imkan yaradır. Rəqabətli mühit xeyli dərəcədə zəifləyir və nəticə etibarilə də bundan müştərilər, vətəndaşlar, istifadəçilər əziyyət çəkirlər.




"İstənilən an, istənilən qiyməti qaldıra bilirlər və bu da problem yaradır. Bu yaxınlarda internetin qiymətlərində də müəyyən dəyişikliklər, artırmalar olmuşdur. İndi də belə bir xidmət haqqının artırılması təbii ki, vətəndaşlar tərəfindən də yaxşı qarşılanmır. Bununda səbəbi rəqabətsizlik mühitindən doğur. Çünki başqa bir neçə mobil operator olsaydı, heç olmasa ölkədə 5, 6, 7 mobil operator olsaydı seçim imkanı olardı. Hazırda demək olar ki, seçim imkanı həddindən artıq məhduddur", - deyə Natiq Cəfərli əlavə edib.


Məmmədov Hüseyn

Referans