Röyanın keçmiş ərindən çağırış: “Bizi BARIŞDIRIN”

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən gündəmə gəlib. O, bu dəfə şəxsi "TikTok" hesabında keçirdiyi canlı yayımda səsləndirdiyi fikirlərlə diqqətləri üzərinə çəkib.
Anar Cəlilov canlı yayım zamanı izləyicilərin tez-tez ünvanladığı “barışın”, “yenidən bir araya gəlin” kimi çağırışlarına münasibət bildirib. O, keçmiş həyat yoldaşı ilə barışmaq ehtimalına dair suallara cavab verərkən bu məsələyə bir qədər soyuq və tərəfsiz yanaşıb.
“Düşünürəm ki, artıq hər şey gecdir. Ola bilər ki, o istəmir, bəlkə də mən istəmirəm. Yenidən barışmağımızı istəyənlərə deyirəm ki, biz heç vaxt ciddi bir mübahisə etməmişik. Ona görə də ‘barışın’ deyə yazmağınızın mənası yoxdur. Əgər bu qədər istəyirsinizsə, gedin, siz barışdırın”, – deyə o bildirib.
Qeyd edək ki, Röya Ayxan və Anar Cəlilov illər əvvəl ailə həyatı qurub, lakin münasibətlərini davam etdirə bilməyərək ayrılıq qərarı veriblər.