İsrail İranı vurdu: Bakı bu uçuşları ləğv etdi

azal-bu-reysleri-legv-etdi-1749789838
|
|

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edib.

Bu barədə Referans-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat verib.

Reyslərin siyahısını təqdim edirik:

Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

 Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

 Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun)

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.