DİQQƏT! SAXTA DURU YAĞLARLA bağlı VACİB MƏLUMAT

diqqet-saxta-duru-yaglarla-bagli-vacib-melumat-1750676687
|
|

Hər bir ailənin mütəmadi olaraq aldığı ərzaqlar sırasında duru yağlar da var. Qablarından bizə çox parlaq boylanan bu yağları mətbəximizə gətirmək məcburiyyətindəyik. Bir çox hallarda vətəndaşlar duru yağların keyfiyyətindən şikayətçi olduqlarını bildirirlər. Azərbaycana duru yağlar hansı ölkələrdən idxal olunur? Saxta duru yağlar – xaricdən gətirilir, yoxsa ölkədə istehsal olunur?




Mövzuyla bağlı "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov REFERANS-ın suallarını cavablandırıb. Eyyub Hüseynov bildirib ki, Azərbaycana bir çox ölkələrdən o cümlədən İspaniyadan, Yunanıstandan, Türkiyə və Rusiyadan, Belarusiyadan, Ukraynadan duru yağlar idxal olunur.  Azərbaycanda duru yağ zavodları da mövcuddur. Həmin duru yağ zavodlarında hazır xammaldan yox rafinə olunmamış yağ gətirilir və onu rafinə edib qablaşdırır. "Final" yağlarını  nümunə kimi qeyd etmək olar. Eləcə də Azərbaycanda bir neçə müəssədə zeytun yağları da istehsal olunur. 


Eyyub Hüseynov həmçinin deyib ki, Azərbaycanın zeytun yağları ən uyğun və istifadəyə yararlı yaxşı yağlardır. Həmçinin Azərbaycanda duru yağların soyuq sıxılmış variantları da var. Soyuq sıxılmış duru yağlar çox qidalı yağlardır. Lakin onların saxlama müddəti çox azdır, ona görə də onlar ticarət üçün yaramır. Belə soyuq sıxılmış duru yağları ara marketlərdə, bazarlarda tapmaq olar. Az miqdarda istehsal olunur. Eləcə də qeyd etdiyim kimi, soyuq sıxılmış günəbaxan yağı, zeytun yağları da var.


Birlik sədri onu da diqqətə çatdırıb ki, duru yağ bazarında kifayət qədər rəqabət mühiti var, qiymətlər isə başqa ölkələrlə müqaisədə çox da yuxarı deyil. Lakin istehlakçılar bilməlidirlər ki, daim duru yağDan istifadə etmək düzgün deyil. Duru yağın özünəməxsus təyinatları var. Yaxşı olar ki, zeytun yağı salatlarda, soyuq qidalarda istifadə olunsun.


"Əhali daim sual verir ki, qarğıdalı yağı necə əldə olunur? Deyirlər ki, qarğıdalı quru bir maddədir ondan yağı necə əldə edirlər? Bu suallara isə qarğıdalı yağının istehsalı ilə məşğul olanlar aydınlıq gətirməlidir və bu məsələ çox vacibdir",-deyə Eyyub Hüseynov əlavə edib.



Ləman Xalıqova

Referans