80 manat müavinətin artırılması ilə bağlı MÜHÜM XƏBƏR

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyulun 1-dən etibarən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə verilən aylıq ödənişlərin məbləğləri artırılır. Yaxın gələcəkdə müharibə iştirakçılarının 80 manat müavinəti də artırılacaqmı? Ümumiyyətlə bu sahədə hansı dəyişikliklərə ehtiyac var?
Mövzuyla bağlı İqtisadçı Xalid Kərimli REFERANS-ın suallarını cavablandırıb. İqtisadçı qeyd edib ki, yaxın gələcək deyərkən yəni bu ili nəzərdə tutsaq xeyr artım gözlənilmir. Çünki veteranların 80 manatı artırılacaqdısa bu vaxta qədər artırılmalı idi. Əslində dövlət hansı müavinətlərin artırılması ilə bağlı təlimat verib. Prezident isə iyun ayından etibarən sosial müavinətləri, əlillərin və digər təqaüd alanların təqaüdlərini artırıb. Bu siyahıda isə veteranların adı qeyd edilməyib.Hazırda isə hökümət veteranların pulunu artırmağı planlaşdırmır. Gələn il isə gələn ildəki vəziyyətlə bağlıdır.
Xalid Kərimli onu da deyib ki, hökumət yalnız əmək qabiliyyəti olmayan, işləyə bilməyən vətəndaşların təqaüdünü artırmağa üstünlük verir. Lakin veterandısa və əmək qabiliyyətli şəxsdirsə hesab edilir ki, işləyə bilər. Hökumət 80 manatı onun kommunal və nəqliyyat xərclərinin kompensasiyası kimi verir. Bir növ təşəkkür məqsədi ilə bu addım atılır. Hətta hökumət nəzərdə tutur ki, bu məbləğ veteranlar üçün artıqlaması ilə verilir.
" Azərbaycan hökuməti bu pulu veteranlara dəstək məqsədilə verməklə bərabər həm də hesab edir ki, 2025-ci ildə bu məbləğin artırılmasına ehtiyac yoxdur",-deyə Xalid Kərimli əlavə edib.
Ləman Xalıqova
Referans