SON DƏQİQƏ! Çoxuşaqlı analar vaxtından əvvəl PENSİYAYA ÇIXA BİLƏR

Bu günlərdə Azərbaycanda çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilmişdi. Bu məsələ ilə bağlı dünya təcrübəsində də nümunələr var. Misal üçün Polşada bu tətbiq olunur.
Bəs Azərbaycanda çoxuşaqlı analar vaxtından əvvəl pensiyaya çıxa bilərmi? Əgər bu baş verərsə, əhəmiyyəti nədən ibarət ola bilər?
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov Referans-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində çoxuşaqlı ailələrdə analar, bəzi hallarda atalar daha tez pensiyaya çıxırlar. Belə ki, 5 və daha çox uşağı olan ailələrdə analar 5 il daha tez pensiyaya çıxmaq hüququna malikdir. Əgər bu hüquqdan atalar da istifadə edirlərsə, o zaman atalar da, həmin müddətdə daha tez pensiyaya çıxmaq hüququna malik olurlar. Yəni, bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar 59, atalarsa 60 yaşında pensiyaya çıxmaq hüququna malikdirlər.
Deputat onu da bildirib ki, onların təklifinə görə, çoxuşaqlı ailə anlayışına yenidən baxılsın və mərhələli şəkildə uşaq sayı 3-ə endirilsin. Bu da nəticə etibarilə bu təklif qəbul olunacağı halda, daha çox aiələlərdə erkən pensiya təminatı həyata keçirilə bilər və pensiya yaşı ilə bağlı güzəştlər daha çox ailələri əhatə edə bilər. Ona görə də biz 5 və daha çox deyil, mərhələli şəkildə 4, daha sonra 3 və daha çox uşağı olan ailələrdə anaların daha tez pensiyaya çıxmasını təklif edirik. Sözsüz bu təkliflər təqdim olunub.
"Eyni zamanda biz bu istiqamətdə də təkliflərimizi Milli Məclisin Komitə iclasında təqdim etmişik. Sözsüz ki, qrup tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bununla bağlı bir qərarın verilməsi mümkündür. Amma hazırda çox uşaqlı ailələrdə analar 59, atalar isə 60 yaşda pensiyaya çıxmaq hüququna malikdirlər", - deyə millət vəkili qeyd edib.
Şahverdiyeva Elena
Referans