“20 Yanvar” metrostansiyası yaxınlığında yanğın

20-yanvar-metrostansiyasi-yaxinliginda-yangin-1751900049
|
|

  Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verib.

Referans xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.