TƏCİLİ! Borcların dövlət tərəfindən ödənilməsi ilə bağlı VACİB XƏBƏR

Qanun dəyişir: Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Dəyişikliklərə əsasən dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq. Yəni, bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur. Belə ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.
Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır. Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.
Bu qanun dəyişikliyindən hansı müəssisələr yararlana biləcək? Dəyişikliyin başlıca əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı millət vəkili Aydın Hüseynov Referans-a açıqlamasında bildirib ki, büdcə sistemi haqqında qanunda dəyişiklik edilmişdir. Bu qanunda edilən dəyişikliklərin əsas istiqamətlərindən biri də borc ilə bağlıdır və məlumdur ki, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına, eləcə də bələdiyyələrə, yerli büdcələrə, büdcə təşkilatından maliyyələşən təşkilatlara, eləcə də publik-hüquqi şəxslərə dövlət büdcəsindən ssuda verilir və bu ssuda ilin axırına qədər qaytarılmalıdır.
Millət vəkili onu da deyib ki, əgər bu ssudalar qaytarıla bilməsə, həmin ssudanın həyata keçirilməsi təminat fondu vasitəsi ilə ödənilir, yəni borclar qaytarılır. Bu isə bir daha deyək ki, təminat fondunun daha çevik idarəetmə sisteminə çevrilməsinin nəticəsindəndir.
"Dövlət büdcəsinə edilən digər önəmli dəyişiklərdən biri də ondan ibarət oldu ki, xəzinənin sərbəst qalığı idarə etməyə verilir və bu idarəetməyə verilən vəsait investisiyalar və digər vacib istiqamətlərə yönləndirmə ilə yanaşı dövlət büdcəsinin də əlavə gəlir əldə etməsinə şərait yaratmış olur", - deyə millət vəkili qeyd edib.
Şahverdiyeva Elena
Referans