DİQQƏT! Qətl və cinayətlərin sayı BUNA GÖRƏ ARTIR...

diqqet-qetl-ve-cinayetlerin-sayi-buna-gore-artir-1752141894
|
|

Son zamanlar Azərbaycanda ailədaxili qətllərlə bağlı xəbərlərə rast gəlirik. Ümumiyyətlə qətl hadisələri çoxalmasının adətən sosial və psixoloji amillərlə əlaqələndirilir.


Ölkəmizdə baş verən qətl hadisələri eyni zamanda intiharlara meyilin səbəbi nədir? Bu problemdən psixoloji çıxış yolları nələrdir?


Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Referans-a açıqlamasında bildirib ki, çox təəssüflər olsun ki, qətl hadisələrinin çoxalması təbiidir ki, ilk olaraq sosial və psixoloji amillərlə əlaqələndirilir və bəzən də psixoloji amillərlə ona görə daha çox üz üzə qalıb insan informativ stres alır, informativ stresdən əziyyət çəkir ki, onda yaranacaq psixoloji sindromlar onu bəzən də, əslində psixoloji sindrom yaranarkən biz sevinirik ki insanda bu psixoloji sindrom var. Bunun öhdəsindən gəlməliyik. Onun üzərində alt şüur olaraq və yaxud daha dərinləşmiş bir vəziyyətdədirsə psixoterapevtlə bərabər yeni depressiyaya düşübsə, yəni dərmanlardan artıq istifadə edirsə, antidepressant təsiri də sanki bu əsrimiz, yəni insanı bu vəziyyətdən xilas edə bilirik.



Aytən Ələkbərovanın qənaətinə görə, vay o gündən ki, insan özünü hamıdan ağıllı sayır və o düşünür ki, onun nə psixoloqa ehtiyacı var, onun kimsəyə ehtiyacı yoxdur. Həmçinin düşünür ki, çətinliyin öhdəsindən gələcək lakin qeyri müəyyən bir duruma düşür. Qeyri müəyyən durum içərisində nəyi necə edəcəyi sualına özü belə cavab verə bilmir. Mən kiməm? Nən kiməm sualına təsəvvür edin ki o bəsitləşmə gedir. Bir insana sual verərkən ki mən kiməm sualına 15 fərqli cavab verib onu belə yaza bilmir.  Deməli insanlar qeyri müəyyən duruma düşdükdə o qeyri müəyyən durum artıq səni intihara doğru aparır və yaxud da ki bir insanı qərəzli şəkildə böhtana əl atılır. Bunun özündə də artıq bir spektr pozuntusunu biz müşahidə edirik ki, sənə xoş olmayan insan digər üçün çox xoş bir insandır. Baxın az öncə qarşıma çıxdı və oxudum. Xanımın əri danışır və deyir ki, biz çox xoşbəxt idik. O mənim cənnət mələyi idi amma atam evdə tez tez ayrılmağımıza səbəb olacaq mübahisələr edirdi.  Mən artıq istədim ki, Bakıya köçüm. Lakin ata düşünür ki,  oğlum təki mənimlə qalsın və məndən ayrılmasın. Nəticədə gəlini öldürməyi qərara alır. Amma təbii ki,etdiyi cinayətə görə bir ömür oğlundan uzaqda qaldı.




Psixoloq onu da vurğulayıb ki, bəzən bu kimi düşüncələr həqiqətən də bu cür qətl hadisələrinə çıxarır. İnsanları qeyri müəyyən bir durumda müşahidə edəcək əzizləri, doğmaları varsa ona nəzarət edilməli və psixoloji kömək edilməlidir. Biz artıq antidepressant əsrində yaşayırıq.  Avropa ölkələrində 6 aydan bir insanlar məcburi olaraq psixoloji testlərdən keçirlər. Psixoloji dinləmələr yaşayırlar. Bəzən də görürsən ki, işdə belə onun üçün şərait yaradırlar ki, bir 3 gün psixoloq qəbulunda olub onu narahat edəcək durumları danışsın və yüngülləşsin. İnsan danışaraq və ünsiyyətdə olaraq hər bir çətinliyin öhdəsindən gəlir. Düşdüyü çətinliyi rahatlıqla dəf edə bilir.


Aytən Ələkbərova  həmçinin qeyd edib ki, əgər bir mütəxəssisə danışırsa özünündəki yeni potensialını önyarqıya çıxara bilir.  Öz potensialını üzə çıxaran insan təbiidir ki, qeyri müəyyənlikdən əziyyət çəkmir. Nə kimisə qətlə yetirmir, nə də ki özünü intiharla üz-üzə qoymur.  İnsanlar hər 6 aydan bir öz psixikalarında sakitliyə  yer ayırmalıdırlar.  Onlar bu müddət ərzində öz hislərini mütəxəssislərlə bölüşsələr təbiidir ki,  cəmiyyətdə qətllərin də intiharların da sayı azalacaq. Bunu əminliklə deyirəm. Çünki psixoloqa müraciət edən insan olub ki, bu gün evinə məktubunu yazıb qoyub ki, sonuncu gündür artıq, məni bundan sonra görməyəcəksiniz. Dinləmədə müəyyən bəzi məqamlar olur ki, onu özündə səhv kimi qiymətləndirsə də amma sanki istəyib ki bir riskdən istifadə etsin.  Adam hətta ağlını itirmək dərəcəsinə çatıb və əti kitab rəfinə kitabı isə soyuducuda buzxanaya qoyub. Deməli insan beynində yaranacaq qeyri-müəyyənlik insanı intihara da aparır, insanı qatil də edir.


"Hər kəs cinayətkar ola bilməz fikrini hər zaman deyirik. Lakin hər kəs affekt anında qatil ola bilər. Çünki beyinə göndərilən o impulslar var ki, insan bir anda reaktiv-psixoz vəziyyətinə  düşə bilər. Hətta valideyn də öz övladının qatili ola bilər", - deyə psixoloq qeyd edib.


Şahverdiyeva Elena

Referans