DİQQƏT! Süd və süd məhsullarının keyfiyyəti NECƏDİR? ÖNƏMLİ AÇIQLAMA

diqqet-sud-ve-sud-mehsullarinin-keyfiyyeti-necedir-onemli-aciqlama-1752499474
|
|

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinin məlumtına görə, "Danone" MMC ləğv olunduğunu elan edib. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına bildirə bilərlər. Xatırladaq ki, "Danone" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 390 min manatdır. Şirkət süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub. Sözügedən qida şirkətinin məhsullarının keyfiyyəti ilə bağlı iddialar da var.


Ümumiyyətlə ölkəmizdə süd və süd məhsullarının istehsalının keyfiyyətini necə qiymətləndirmək olar? İllərlə tanınmış qida şirkətinin birdən birə müflis olması birbaşa keyfiyyətlə əlaqəli ola bilərmi? Bu sahədə Azərbaycanda hansı problemlər var?


Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Referans-a açıqlamasında bildirib ki, bu şirkətin Fransada zavodu da var.  O cümlədən Rusiyada, Türkiyədə, Belarusda və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Brend Fransaya məxsusdur. Şirkət ayrı-ayrı ölkələrdə mallarını satan zaman orada özünün nümayəndəliyini yaradır. Baş şirkətin nümayəndəliyi öz xərclərini azaltmaq üçün nümayəndəliyi bağlayır işçiləri ixtisara salır. Burada isə həmin nümayəndəlik bağlanıb. Həmin nümayəndəlik satışla məşğul olmur. Digər təşkilatlar və şirkətlər də belədir. Yəni Danone məhsulları Azərbaycana gətiriləcək və bu davam edəcək. Çünki distribüter şirkət onu gətirir və paylayır. Sadəcə olaraq nümayəndəliyin bağlayıb. 




Müsahibimiz onu da qeyd edib ki, süd məhsulları bazarında problem az deyil. Bu yaxınlarda Azad İstehlakçılar Birliyinə telefon zəngləri edildi. Qeyd olundu ki,  bir süd məhsulu olan "Doktor Milk" -in qaymaqlarında acılıq var. Azad İstehlakçılar Birliyi müəyyən araşdırma apardı və məlum oldu ki bu qaymaqlar kimyalaşmamış mallardır. Bu məhsulların hazırlanmasında kimyadan istifadə olunmayıb. Həmçinin bu məhsullar qida zəncirində satış şəbəkələrində istiliyə məruz qalırlar. Yəni satış şəbəkələri digər kimyalaşmış mallarla eyni şəraitdə  saxlayırlar və bu kimyalaşması az olduğu üçün, mayası olmadığı üçün istilik təsirindən acılıq yaranır. Onu da qeyd edim ki, həmin acılığın insanı heç bir zərəri yoxdur.  Daha sonra biz məlumatlar aldıq ki, şirkət bu vəziyyətdən narahat olub. "Doktor Milk" şirkəti və 2 aylıq qaymaq istehsalını saxlayıb. Lakin bilmirik ki, bu məlumat nə dərəcədə rəsmidir.  Yəni məhsullarını kimyalaşdırmayıb.


Eyyub Hüseynovun qənaətinə görə, problem ondadır ki, şirkət məhsulunu kimyalaşdırmır. Lakin isti yay aylarında satıcı şirkətlər məhsulların temperatur təsirinə məruz qalmasının qarşısını ala bilmədiyi üçün, belə addım atır. Bu çox yaxşı bir haldır, yəni tezliklə mal yenə bazarda olacaq. Digər bir məsələ isə kənar ölkələrdən gətirilmiş, məsələn  qaymaqlardır. Bu qida məhsullarının yararlılıq müddəti çoxdur. Bu isə o deməkdir ki, bu məhsullar həddən artıq kimyalaşdırılıb. Dadı, qoxusu hamısı qaymağa bənzəyir. Lakin xarab olmur. Necə deyərlər istehlakçılar da başa düşmürlər və belə məhsullara üstünlük verirlər. Çox təssüflər olsun və yaxud üzərinə qaymaq yazılmış bankalarda belə qidalar ara marketlərdə mal satılır.  Bu məhsulun qaymaqla heç bir əlaqəsi yoxdur və qaymaq dadı da  vermir. Lakin baha qiymətə ara marketlərdə satılır. Əfsuslar ki, ara marketlərə və bazarlara Qida Təhlükəsizliyi Agentliyi mükəmməl nəzarət edə bilmir.


Həmsöhbətimiz eyni zamanda onu da diqqətə çatdırıb ki, vətəndaşlar gərək yerli  və az kimyalaşmış məhsullara üstünlük versinlər. Hansı mal tez xarab olursa deməli keyfiyyətlidir. Bəzən mənə şikayətlər gəlir ki, yoğurt almışıq yararlılıq vaxtına hələ çox qalıb amma kiflənib. Bu cəhət məhsulun az kimyalaşmış olduğunu göstərir. Belə malların təzəsini alıb istehlak etmək olar.


"Süd məhsulları bazarında əlbəttə problemlər mövcuddur və keçmiş nazirlərdən birinin "hamı yerli mal alsın, xeyir vətənə qalsın" şüarı elə bilirəm ki, çox əhəmiyyətli bir şüardır. Onu davam etdirmək lazımdır. İstehlakçıları çağırıram ki , bu şüarı əsas tutsunlar", -deyə Eyyub Hüseynov əlavə edib.


Şahverdiyeva Elena

Referans