DİQQƏT! Taksi fəaliyyəti ilə bağlı VACİB XƏBƏR 

diqqetnbsptaksi-fealiyyeti-ile-bagli-vacib-xebernbsp-1752552217
|
|

Ölkəmizdə yeni qaydalara görə taxi sürücülərinə yeni tələblər tətbiq olunur. Beləki "Bolt", "Uber" və "Yango" kimi iri taksi operatorlarına SİMA-nın üztanıma texnologiyası inteqrasiya edilib.


Bu yeni tələbin tətbiqində başlıca məqsəd nədir? Ümumiyyətlə Azərbaycanda taksi sürücüləri və taksi fəaliyyəti ilə bağlı qanunda hansı dəyişikliklər edilməlidir?


Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Referans-a açıqlama verib. Ekspert qeyd edib ki, taksi fəaliyyəti ilə bağlı islahatlar artıq 3 ildir ki, başlayıb və ciddi uğurlara doğru addımlar atılır. Birinci növbədə biz bunu üç komponentə bölsək: sürücü və sürücü kontingenti, nəqliyyat vasitələrinin özləri, yəni onun texniki parametrləri və üçüncü də idarəetmə. Bunlar bir-birilə əlaqə yaratdıqda, əlaqədə olduqda standart iş ortaya çıxarmaq olur. Bəs bu nə deməkdir? - Bu o deməkdir ki, Bakı şəhərində fəaliyyət göstərən istənilən nəqliyyat vasitələri, xüsusəndə taksiyə yararlılıq üçün onların proqramlaşma dili sadə, rəngarəng və başadüşülən olmalıdır. Yəni daxil olan SMS-lərin, onların idarə edilməsi, müştərilərlə əlaqə yaradılan zaman mütləqdir ki, bu proseslər nəzərə alınmalıdır. 




Müsahibimiz onu da xatırladıb ki, vətəndaşlar arasında ən çox inteqrasiya edən tətbiqlərdən biri də SİMA tətbiqidir. Bunu SİMA tətbiqi üzərindən etmək olar. Çünki SİMA tətbiqi kifayət qədər tanınan tətbiqdir. Bu və digər formada idarəetmə fəaliyyətləri olub. İstər sərnişin daşımada, istər digər fəaliyyət mexanizmləri var. Qanun dəyişikliyi dedikdə, qanun dəyişdi, bəs insanlar bu qanuna tam əməl edəcəklərmi? Yəni o qanunla idarəetmədə işlərini quracaqlarmı? Əlbəttə xeyr. Qanun pozuntusu olmalıdır və olacaqda.


"İlk növbədə şərait mühiti yaratmaq lazımdır və onun rəngarəngliyini qorumaq lazımdır. Daha sonra isə digər alternativlər üzərində çalışmaq lazımdır. Artıq bu olduqda bu və digər məsələlər protektiv həllini tapacaq",- deyə ekspert qeyd edib.


Məmmədov Hüseyn

Referans