DSX generalı vəzifədən azad edilib? İlham Mehdiyev kimdir?   

dsx-generali-vezifeden-azad-edilib-ilham-mehdiyev-kimdirnbsp-nbsp-1752656668
|
|

  Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İlham Mehdiyevin vəzifədən azad edilməsi barədə bəzi sosial şəbəkə hesablarında yayılan iddialar əsassızdır.


Referans   xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib.


Qeyd edək ki, İlham Mehdiyev şərəfli tərcümeyi-hala malikdir. İlham İsmayıl oğlu Mehdiyev 2 avqust 1965-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb.


1987–1991-ci illərdə Sovet ordusunda Hava-Desant Qoşunlarında xidmət edib.


2003-cü ildə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsi ona həvalə olunub.