TOLERANTLIQ EVİ HAQQINDA MƏLUMAT

tolerantliq-evi-haqqinda-melumat-1753959731
|
|

Məlumdur ki, tolerantlıq dini dözümlülük anlamındadır. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”. İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilmişdir. 1993-cü il 8-9 oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunmuşdur. Bu Fəaliyyət Planı cəmiyyətin səfərbərliyi və belə hallarla mübarizəyə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi və səmərəli icrası üçün lazım olan geniş sayda görüləcək tədbirləri özündə əks etdirirdi.

ÇOX SEVİNDİRİCİ HALDIR Kİ, HAL-HAZIRDA AZƏRBAYCANIN PAYTAXTINDA TOLERANTLIQ EVİ YARADILIB. Bu isə onu bir daha sübut edir ki, Azərbaycan hər zaman bütün dinlərə ehtiram və sayğı ilə yanaşan ölkələrdəndir. 

Bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.

Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

SÖZÜGEDƏN TOLERANTLIQ EVİNDƏ BİR SIRA DİNİ TƏDBİRLƏR KEÇİRİLİB. MÜXTƏLİF DİNLƏRƏ SİTAYİŞ EDƏN ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ TOLERANTLIQ PRİNSİPLƏRİNƏ UYĞUN ŞƏKİLDƏ OLDUQCA ƏHƏMİYYƏTLİ GÖRÜŞLƏR KEÇİRİLİB. 

ÜMİD EDİRİK Kİ, BAKIDAKI BU TOLERANTLIQ EVİ GƏLƏCƏK DÖVRLƏRDƏ DƏ DAHA GENİŞMİQYASLI VƏ DAHA NÜFUZLU TƏDBİRLƏRİN KEÇİRİLƏCƏYİ MƏKAN OLACAQDIR. BU TOLERANTLIQ EVİNİN YARADICILARINA VƏ HAZIRKI KOMANDASINA BU ÖNƏMLİ İŞLƏRİNDƏ DAİM UĞURLAR ARZU EDİRİK.