Veteranlara verilən “80 manat”la bağlı XƏBƏR VAR: Yalnız aktiv döyüşlərdə iştirak edənlər...

veteranlara-verilen-80-manatla-bagli-xeber-var-yalniz-aktiv-doyuslerde-istirak-edenler-1754397041
|
|

“Bu yaxınlarda bütün sosial müavinətlər müəyyən qədər artırıldı. Yalnız Qarabağ müharibəsi veteranları qalıb. Hazırki dövr üçün 80 manat müavinət çox cüzi məbləğdir. Bunun da səbəbi yəqin ki, bu müavinəti alanların sayının həddindən çox olmasıdır”.

 

Bu sözləri sosioloq Elçin Bayramlı Referans-a açıqlamasında deyib.

 



“Bu müavinət həm Birinci, həm də İkinci Qarabağ müharibəsi veteranlarını əhatə edir. Ola bilər ki, bu il ərzində büdcədən xeyli vəsait apardığına görə, hələ ki bunu artırmaq mümkün olmur. Amma bu inflyasiya və pulun dəyərdən düşməsi ilə bağlı indeksasiya olunmalıdır. Ən azından müavinətin öz dəyərin də qalması üçün 80 manat artırılıb 120-150 manat olmalıdır. Amma mən belə güman etmirəm. Hesab edirəm ki, bu məbləğ 100 manata qədər artırılacaq. Düzdür, bu da çox az məbləğdir. Amma büdcə imkanları ilə sosial ayırmaları nəzərə aldıqda bu məbləği çox artırmaq da mümkün deyil”.

 

Sosioloq qeyd edib ki, bu məsələyə differensial yanaşma mütləqdir. Məsələn, müharibə dövründə daha aktiv döyüş əməliyyatlarında iştirak edənlərin müavinətləri ilk növbədə artırıla bilər.

 

“Hər iki müharibə dövründə bəzi şəxslər müharibədə aktiv iştirak etdiyi halda bəziləri sadəcə orduda iştirak edib. Differensial yanaşma olarsa, aktiv iştirak edənlərin müavinəti ən az 2-3 dəfə, digərlərinin isə daha az formada artırıla bilər. Əslində, bu tam olaraq artım da sayılmır, indeksasiya sayılır. Aldıqları məbləğin yenidən dəyərlənməsidir ki, bu da hazırki dövrlə müqayisədə yenə də az hesab olunur. Hər hansı bir formada ümid edirəm ki, bu il ərzində müəyyən bir artım olacaq. Ümumi artım da ola bilər amma bu zaman artımın maksimim 20-30 manat olması gözlənilir. Amma dediyim kimi fərqləndirici artımlar olsa, aktiv döyüş əməliyyatında iştirak edənlərin müavinətlərini daha çox artırmaq olar”.

 

Fidan Vəlisoy